Xalq Artisti Məmmədrza Şeyxzamanovun 100 illiyi qeyd olunacaq

Xalq Artisti Məmmədrza Şeyxzamanovun 100 illiyi qeyd olunacaq
14:38 11 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 15-də Dövlət Film Fondunda görkəmli teatr və kino aktyoru, Xalq Artisti Məmmədrza Şeyxzamanovun anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.
Xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, gecədə mərhum aktyorun sənət dostları onun həyat və yaradıcılığından söz açacaqlar. Eyni zamanda, unudulmaz sənətkarın ailəsinin 1937-ci ildə repressiyaya məruz qalmasını və onun sənət yolunu əks etdirən sərgi nümayiş olunacaq, çəkildiyi filmlərdən fraqmentlər göstəriləcək.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_Artisti_Memmedrza_Seyxzamanovun_100_illiyi_qeyd_olunacaq-910361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR