Dil normalarını pozan aparıcıların adı açıqlandı

Dil normalarını pozan aparıcıların adı  açıqlandı
14:41 11 Dekabr 2015
143 Şou
Ölkə mətbuatı
A- A+

Ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri açıqlanıb.

Axşam.az-ın məlumatına görə, layihə çərçivəsində milli telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub. Bu zaman 7 telekanalda  – İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV,  Lider TV və Region TV-də yayımlanan verilişlər (xəbər və qeyri-xəbər proqramları) izlənilərək ədəbi dil normalarının pozulma faktları aşkarlanıb, bu nümunələr təhlil olunaraq sonda statistik baxımdan hesablamalar aparılıb.

Siyahıda ATV telekanalından Kəmalə Piriyeva, Ceyhun Səfər, Zaur Baxşəliyev, Gülnar Muxtarqızı, Nərgiz Vahabqızı, Nanə Ağamalıyeva, Afaq Gəncəli, Turan İbrahimov, İlqar Mikayıloğlu, İlhamə Bədəlova, Yusif Ağayev və başqalarının adları yer alıb.

“Xəzər”dən Şəhriyyar İmambəyli, Günel Qədimova, Sevil və Sevinc bacıları, Səma Abbasova, Səbuhi Səyyah, Zaur Kamal və digərləri siyahıya daxil edilib.

“Space”dən isə Zamirə, Emin, Tünzalə Əliyeva, Elçin Əlibəyli, Tural Ozan, Zəhra Osmanova və başqaları siyahıda yer alır.

“Lider”in siyahısında isə Lalə Əlimuxtarova, Murad Arif, Lamiyə Ələkbərqızı kimi tanınmışların adı qeyd olunub.

ANS telekanalının isə Rita Ömərova, Xanım Yadigarlı, Ləman Ələşrəfqızı, Xoşqədəm Hidayətqızı, Elgiz Əkbər, Ülvira Qarayeva və digər aparıcıları siyahıya daxil edilib.

İTV-dən Günay Namidar, Xədicə Sənanqızı, Kamran Quliyev, Saleh Bağırov və başqaları siyahıda yer alıb.

Bu aparıcılar müxtəlif zamanlarda dil normalarını pozublar.

Bununla yanaşı, monitorinqin nəticəsi olaraq MTRŞ öz təkliflərini də verib:

1. Xəbərləri təqdim edən aparıcıların verilişin formatına uyğun olaraq, tam üslubdan istifadə etməli olduqlarını nəzərə alaraq  ədəbi dil norması, düzgün tələffüz qaydaları, normativ qrammatika ilə bağlı zəruri məsələlərə diqqət yetirmələri, dil normalarına həssas yanaşmaları, bəzi hallarda xüsusi məşq etmələri (rus təhsilli aparıcıların bəzi səsləri düzgün tələffüz edə bilməməsi ilə bağlı) tövsiyə olunur.

2. Aparıcılar, xüsusilə, xəbər aparıcıları  nitqin sürətinə diqqət yetirməlidirlər. Nəzərə almaq lazımdır ki, normadan artıq sürətli nitq anlaşılmazlığa gətirib çıxarır.

3. Aparıcıların nitq mədəniyyəti, xüsusilə düzgün tələffüz qaydalarının mənimsənilməsi ilə bağlı nəzəri-praktik treninqlərdə iştirakı müsbət nəticə verə bilər.

4. Aparıcıların, xüsusilə xəbər proqramlarının aparıcılarının mətnlə əvvəlcədən tanış olması bəzi nöqsanların, məsələn, mətnin sintaqmlara düzgün bölünməməsinin qarşısını ala bilər.

Monitorinqin tam nəticələrini bu linkdən oxuya bilərsiniz:
 
http://www.ntrc.gov.az/az/content/news/455.html

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR