Çinlə əlaqələrin yeni müstəvisi: Prezidentin səfəri nə vəd edir?

Çinlə əlaqələrin yeni müstəvisi: Prezidentin səfəri nə vəd edir?
14:47 11 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidentinin Çinə səfəri başa çatdı. Səfər zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənəd imzalandı.

Ümumiyyətlə, tarixə nəzər salsaq, görərik ki, son illər ərzində Azərbaycan hökuməti Çinlə münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində çox ciddi addımlar atıb və bunun da əsasında hər iki ölkənin iqtisadi maraqlarının müxtəlif formalarda kəsişməsi faktı dayanır. Son 10 ildən bir qədər artıq vaxt ərzində Çinlə Azərbaycanın ticari əlaqələri 3 dəfəyə qədər artıb. Lakin potensial imkanların bundan dəfələrlə artıq olduğu hər iki tərəfə tam aydındır.

Elə bu səbəbdəndir ki, hər iki ölkənin siyasi rəhbərliyi iqtisadi əlaqələrin daha da genişləndirilməsi və bundan hər iki ölkənin maksimum iqtisadi fayda götürməsi şanslarını reallaşdırmağa qərar veriblər. Bu gün Çin dünya ümumi daxili məhsulunun 13%-dən çoxunu istehsal edir. Bu prizmadan yanaşıldığı halda kimsə Azərbaycan  - Çin iqtisadi əlaqələrinin Çin üçün əhəmiyyətini lazımınca dəyərləndirməyə də bilər. Ancaq əsl həqiqət ondan ibarətdir ki, bu münasibətlərdə fiziki həcmlər ölçü vahidi deyil.

Söhbət qarşılıqlı iqtisadi əlaqələrdən hər iki tərəfin maksimum yararlana bilməsindən gedir. Ən vacib olanı da elə budur. Əslində Çinlə Azərbaycanın iqtisadi əlaqələrinin tarixi çox qədimlərə gedib çıxır. Bu əlaqələrin başlanğıcı iki min il öncə Böyük İpək Yolu vasitəsilə qoyulub. Bu gün isə tarixi bu qədər qədim olan həmin əlaqələri əsaslı şəkildə genişləndirmək şansları yaranıb.

Çinlə iqtisadi münasibətlərin dərinləşdirilməsində Azərbaycanın maraqları hər kəsə aydındır. Dünya iqtisadiyyatında bu qədər böyük rolu olan nəhənglərdən birilə iqtisadi əlaqələrin genişləndirilməsi bizə çox dividendlər verə bilər. Digər tərəfdən, bu münasibətlərdən istifadə edib Çin kapitalının Azərbaycana yönəlməsinə nail olmaq mümkündür ki, bu da az əhəmiyyət kəsb edən məsələ deyil.

Bəs Çinin Azərbaycan kimi çox da böyük olmayan bir ölkə ilə iqtisadi əlaqələri genişləndirməkdə marağının böyük olması nə ilə izah edilir? Bu sualın da cavabı aydındır. Artıq illərdir ki, Çin Qərbə - Avropaya daha səmərəli nəqliyyat dəhlizinin yaradılması üzərində düşünür. Çinin 2014-cü ildə xarici ticarət dövriyyəsinin həcmi 2013-cü illə müqaisədə 2,3% artaraq 26,43 trilyon yuani (bugünkü kursla təxminən 4,1 trilyon dollar) həcmində olmuşdur. Lakin bu qədər böyük iqtisadi uğurlara imza atan bu ölkədə logistika məsələsi çox ciddi problemdir. Çin rəsmi dairələri tərəfindən verilən məlumata görə, ölkənin ümumi daxili məhsulunda logistika xərclərinin xüsusi çəkisi 18-20% arasındadır. Bu, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən böyük ölkələrindəki analoji göstəricidən iki dəfə çoxdur və bu, Çin hökumətini ciddi düşündürür.

Aydındır ki, həcmi quru yolu ilə daşınan yüklərdən 100 dəfə çox olan və uzun dəniz yolu ilə Qərbə daşınan yüklərin iqtisadi səmərəsi getdikcə azalır. Belə yüklərin daha qısa avtomobil və dəmir yolları vasitəsilə daşınması isə daşınan malların qiymətlərinin aşagı salınması hesabına onları daha çox rəqabət qabiliyyətli və daha rentabelli edə bilər. Bu səbəbdən ən qısa marşrutla Asiya ilə Avropanı birləşdirəcək həm avtomobil, həm də dəmir yollarının alternativi yoxdur. Çin bu planları coğrafi mövqeyi kifayət qədər uyğun olan Azərbaycan vasitəsilə reallaşdırmaqda olduqca maraqlıdır. Bu məqsədlə Çin hətta on milyardlarla dollar həcmində investisiya tələb edən və əsrin möcüzəsi hesab olunacaq bir layihənin - Xəzər dənizi üzərindən Qazaxıstanla Azərbaycanı birləşdirən asma avtomobil yolunun çəklişini reallaşdırmağa da təşəbbüs göstərib. Elə prezidentin son səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" da artıq bu qlobal transmilli yol layihələrinə start verildiyinin rəsmi bəyan olunması deməkdir. Həcmi yüz milyardlarla dollarla ölçülən yüklərin Azərbaycan ərazisindən daşınması isə Azərbaycanın büdcəsinə milyonlarla dollar əlavə vəsaitin daxil olması deməkdir. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi yolunda çox ciddi bir addım olacaqdır.

Çinin Azərbaycanla bağlı siyasi ambisiyaları yoxdur. Çin Azərbaycanla bərabər əsaslarla iqtisadi əməkdaşlıq etmək niyyətindədir. Bu gün Azərbaycanı öz təsir dairəsinə almaq üçün min bir oyundan çıxan Qərb ölkələri və qonşu ölkələrdən Çini bizim üçün fərqləndirən əsas məqamlardan biri də elə budur. Azərbaycan hökuməti bütün bu məqamları təhlil edib Çinlə əlaqələrin daha da genişləndirilməsi yolunu tutmağa qərar verib. Bu çox doğru və uzaqgörən bir siyasətin nəticəsidir. Bütün təhlillər göstərir ki, Azərbaycan prezidentinin Çinə səfəri zamanı imzalanmış müqavilələr Azərbaycan iqtisadiyyatına çox ciddi töhfələr verəcək və indiki məqamda dövlət başçısının Çinlə əlaqələri daha da genişləndirməyə yönələn addımları olduqca yerinə düşən seçim və zəruri gedişdir.

Fikrət Yusifov

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

Trend

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Jurnalisti qladiator və “satqın” sayanların cığallığı

25 İyul 2017 10:53

İspaniyalı hücumçu "Arsenal"dan getmək istəyir

25 İyul 2017 10:52

Səfir: "Azərbaycan xalqının səbri tükənməkdədir"

25 İyul 2017 10:52

Ruhi Əliyeva həyatı haqqında GİZLİ FAKTLARI AÇIQLADI - Əkizləri ilə YENİ FOTO

25 İyul 2017 10:48

"Səbail” Türkiyədə darmdağın oldu

25 İyul 2017 10:47

“Qəbələ” - “Panatinaikos” matçının başlama saatı

25 İyul 2017 10:47

Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərin imtahana buraxılış vərəqəsinin çapına başlanılıb

25 İyul 2017 10:47

Millimizin üzvü erməni futbolçu ilə eyni komandada

25 İyul 2017 10:47

Şəhriyar Məmmədyarov ikinci dəfə evləndi

25 İyul 2017 10:47

Rusiya həbsxanalarında 2350 Azərbaycan vətəndaşı cəza çəkir

25 İyul 2017 10:44

DTX onu İspaniyada həbs edərək Bakıya gətirdi

25 İyul 2017 10:44

Polis rəisinin insanların başına min oyun açan arvadından YENİ XƏBƏR

25 İyul 2017 10:43

Rusiya həbsxanalarında nə qədər azərbaycanlı var?

25 İyul 2017 10:42

“Xəndək barrikada” təlimləri yekunlaşdı

25 İyul 2017 10:40

® Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

25 İyul 2017 10:39

Abituriyent: İxtisas seçimində BUNLARA DİQQƏT!

25 İyul 2017 10:38

Şimali Koreya yaxın 6 gündə yenə raket buraxacaq

25 İyul 2017 10:37

DTX Azərbaycan bankından 3,7 milyon manat vəsait oğurlamış beynəlxalq kibercinayətkar qrupun üzvlərini ifşa edib

25 İyul 2017 10:37

Keçmiş polis rəisinin arvadı apellyasiya şikayəti verib

25 İyul 2017 10:37

Yeni “Firefox” versiyası eyni anda 1500-dən çox tab-vərəqə açır

25 İyul 2017 10:35

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

25 İyul 2017 10:35

Valideynlərinə nəzərinə: övladınızda bu xəstəlik varsa...- VİDEO

25 İyul 2017 10:33

"Mümkün deyil" dedikləri başlarına gəldi:

25 İyul 2017 10:32

"Əkizlərimi çətinliklə dünyaya gətirdim" - Ruhi

25 İyul 2017 10:27

Pomidorun qiymətinin artmaması üçün hökumətdən QƏRİBƏ ADDIM - FOTO

25 İyul 2017 10:23

İnsanların vəhşicəsinə öldürülüb qurban edilməsilə bağlı DƏHŞƏTLİ 10 AYİN

25 İyul 2017 10:23

"Bakcell" yeni fakturalı "Klass" tariflərini açıqlayıb

25 İyul 2017 10:22

SAMUXDA DƏHŞƏT: Qaynana ilə oğlu gəlini bu hala saldı...

25 İyul 2017 10:20

Serenay Sarıkaya TƏNGƏ GƏLDİ - FOTO

25 İyul 2017 10:18

Şəhriyar ikinci dəfə evləndi - FOTO

25 İyul 2017 10:17

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO

25 İyul 2017 10:14

Xoşbəxt evliliyin sirrini açıqladılar

25 İyul 2017 10:13

Azərbaycanda iki qızı zorlayanların hökmü dəyişmədi

25 İyul 2017 10:12

Neft bahalaşmaqda davam edir

25 İyul 2017 10:10

Rəqsanənin keçmiş sevgilisinin istəyi reallaşmadı - ZORLAMA İTTİHAMI

25 İyul 2017 10:09

Türk prezident ABŞ-ı İTTİHAM ETDİ

25 İyul 2017 10:08

Proqnoz: Dollar 65 rubla qədər bahalaşa bilər

25 İyul 2017 10:07

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

25 İyul 2017 10:07

Avqustun 1-dən sürücülər üçün 50 manatlıq cərimələr olacaq - VİDEO

25 İyul 2017 10:05

Dəniz Yılmazın transfer qiyməti açıqlandı

25 İyul 2017 10:05

Mətbəxdə işinizi asanlaşdıracaq bilmədiyiniz 25 QIZIL QAYDA

25 İyul 2017 10:03

Dövlət İmtahan Mərkəzi sığortaçı seçir

25 İyul 2017 10:02

Samuxda RƏZALƏT: qaynana ilə əri gənc gəlini döyüb, saçını qırxdılar

25 İyul 2017 09:59

CƏBHƏDƏ GƏRGİNLİK: Ermənilər 4 mərmi atdı

25 İyul 2017 09:58

Məcburi köçkün olan müəllimi didərgin salıblar - Sumqayıtda

25 İyul 2017 09:57

Azərbaycanda diplomatik missiyasını başa vuran Tacikistan səfiri vətəninə qayıdıb

25 İyul 2017 09:57

Ermənilər yenə dinc dayanmadı - CƏBHƏDƏ GƏRGİNLİK

25 İyul 2017 09:53

Xaçmazda aptek və ev yandı

25 İyul 2017 09:52

Samuxda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib

25 İyul 2017 09:52

Kerimcanın plastik əməliyyatlardan öncəki FOTOları yayıldı

25 İyul 2017 09:52