Belarus Respublikasının səfiri Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsini anıb

Belarus Respublikasının səfiri Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsini anıb
14:48 11 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, Salehə Əliyeva, AZƏRTAC 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ərəfəsində dövrümüzün görkəmli siyasi xadiminin xatirəsini anmaq üçün insanlar sonu görünməyən axınla Fəxri xiyabana gəlirlər.
AZƏRTAC xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmaq üçün Fəxri xiyabana gələnlərin sırasında Bakıda akkreditə olunan səfirlər də var.
Belarus Respublikasının səfiri Gennadi Axramoviç jurnalistlərə müsahibəsində deyib: “MDB ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri Heydər Əliyevin xatirəsinə həsr edilən aksiya keçirmək barədə təklifi yekdilliklə dəstəkləyiblər. Bu dahi şəxsiyyət xalqlarımızın yaddaşında əbədi yaşayacaq. O, öz xalqına və dövlətinə fədakar xidmətin nümunəsi idi. Belarus Prezidenti Aleksandr Lukaşenko onu hər zaman xatırlayır. Bu, Belarus və Azərbaycan prezidentləri arasında yüksək səviyyədə keçirilən görüş zamanı bir daha səsləndirilib.
Azərbaycanın bayrağı etibarlı əllərdədir. Prezident İlham Əliyev ölkəni işıqlı gələcəyə inamla aparır. Biz dahi insan Heydər Əliyevin xatirəsini anmağa gəlmişik. Mən onun “Müstəqilliyi əldə etmək... çətindir, amma onu qoruyub saxlamaq və inkişaf etdirmək bundan da çətindir” sözlərini xatırlayıram”.
Səfirlər görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarının da üstünə tər çiçəklər düzüblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belarus_Respublikasinin_sefiri_Azerbaycan_xalqinin_Umummilli_Liderinin_xatiresini_anib-910362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR