Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağstafada bitkiçilik məhsullarının yığımı başa çatıb

Ağstafada bitkiçilik məhsullarının yığımı başa çatıb

Date: 11 December 2015 14:48


Ağstafa, 11 dekabr, AZƏRTAC
Ağstafa rayonunun təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı başa çatıb. Bütün növ bitkiçilik məhsulları istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ildə rayonun fermerləri 9 min 800 ton kartof, 5 min 280 ton tərəvəz, 1467 ton bostan məhsulları istehsal ediblər. Əvvəlki illə müqayisədə kartof istehsalı 5039 ton, tərəvəz istehsalı 1734 ton, bostan məhsulları istehsalı isə 894 ton artıb. Sahibkarlar, həmçinin 9783 ton meyvə, 7301 ton üzüm istehsal ediblər. Meyvə istehsalı ötən illə müqayisədə 116 ton, üzüm istehsalı isə 136 ton çox olub.

Tags:  Ağstafada bitkiçilik məhsullarının yığımı başa çatıb


RƏYLƏR


Top news