Putin: "Suriyada Rusiya SQ-ni təhdid edən qüvvələr məhv ediləcək"

Putin: "Suriyada Rusiya SQ-ni təhdid edən qüvvələr məhv ediləcək"
15:02 11 Dekabr 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ "Suriyada Rusiya Silahlı Qüvvələrini təhdid edən istənilən qüvvələr məhv ediləcək".
"Report" TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin geniştərkibli kollegiyasında deyib.
"Suriyadakı terrorçular Rusiya üçün birbaşa təhlükədir. Rusiya Federasiyasının Suriyadakı fəaliyyəti mücərrəd maraqlar yox, ölkəni qorumaq niyyəti üçündür", - Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Suriyada terrorçulara ciddi ziyan vurub, onların hərəkətləri isə yüksək qiymətləndirilməlidir.
Dövlət başçısı eyni zamanda Rusiya Silahlı Qüvvələrinə hərəkətlərini İsrail, eləcə də ABŞ-ın başçılıq etdiyi koalisiyanın komanda məntəqələri ilə koordinasiya etməyi tapşırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/putin-suriyada-rusiya-sq-ni-tehdid-eden-quvveler-mehv-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR