İnternetsiz "Facebook"a girmək olacaq (VİDEO)

İnternetsiz "Facebook"a girmək olacaq (VİDEO)
15:06 11 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Artıq internet olmadan belə sosial şəbəkələrə girmək mümkün olacaq. “Facebook” istifadəçiləri internetə qoşulmadıqları halda belə müxtəlif paylaşımlara şərh yaza biləcəklər.

ANS PRESS-in məlumatına görə, “Facebook” daha bir yeniliyini işə salmağa hazırlaşır. İnternet olmayan yerlərdə belə, xəbər lentini yeniləmək funksiyası işə salınacaq. Həmçinin istiafadəçilər internet olmadıqda şərhlər qoya biləcək ki, həmin şərhlər istifadəçinin internetə qoşulduğu zaman avtomatik olaraq paylaşılacaq.

Bunun üçün mütəxəssislər yeni alqoritmdən istifadə edəcəklər. Belə ki, “Facebook”un əsas səhifəsinin alqoritmi dəyişdirilir. Bununla da xəbər lentinizdə, sizə lazım və maraqlı gələ biləcək xəbərləri vaxtında görə biləcəksiniz. Yəni xəbərlərin paylaşılma ardıcıllığı, məlumatlar, sadə statuslar və s istifadəçinin maraqlarına uyğun olaraq yenilənəcək.

Yeni alqoritmin tətbiq olunması sayəsində maraqlı gəlməyəcək məlumatlar seçiləcək və lentin aşağı hissəsinə düşəcək.

Bu funksiya zəif internet şəbəkəsi olanlara və "Facebook"a tez tez girməyə imkan tapmayanlara kömək məqsədilə tətbiq edilir.
"Facebook"un son yeniliklərindən biri isə profil şəkli əvəzinə profilə video yerləşdirmək funksiyasıdır.



Hələlik bütün istifadəçilərin bu funksiyalardan nə zamandan başlayaraq istifadə edə biləcəyi açıqlanmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR