Atam dəniz...

Atam dəniz...
15:19 11 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

("Günəşli" yatağında həlak olanların əziz xatirəsinə)

 

Sənsiz hər anım bir ilə dönüb. Yaman darıxıram, ata! Sənsizlik ürəyimi bürüyüb. Qapımı açan yoxdur. Evdəki paltarlarına baxıb səni düşünürəm və hərdən ürəyim sənin üçün darıxanda paltarlarını qoxulayıram. Bir az rahatlıq tapır ürəyim. Bu hisslərimi anamdan gizlədirəm. Sənin yoxluğundan sonra o, sanki bu dünyanın adamı deyil. Elə hey düşüncələrə qapılıb. Sənsiz və sənli günləri yaşayır özüyçün...

 

Yaman darıxmışam, ata! Qayıt evimizə! Ocağımızın odu, alovu öləziyib. Hamımız nəsə qiymətli bir şey itirmişik. Bu, sənsən, ata! Ataların ən yaxşısı, mehribanı, gülərüzü, zəhmətkeşi, neft qəhrəmanı!..

 

... O gecə biz yatmadıq. Eşidəndə ki, "Günəşli" yatağında yanğın olub, dəhşətə gəldik. Hamı - oğul, qız, nəvə sizi düşündük, ata! Yanağımdan axan göz yaşları dizlərimi islatmışdı. Əllərimi başıma dirəyərək soyuq, yağışlı və küləkli Bakı gecələrində səni düşünürdüm. Düşüncələrim məni get-gedə sarsıdırdı. Sənin səkkiz metrədək yüksələn dalğaların qoynunda nə etdiyini, nə düşündüyünü fikirləşirdim. Allah, bizi niyə ayırdın atamızdan?! Balaca nəvən Cəsur baba deyib səni çağırır. Dörd yaşında olan uşağa cavab verməkdə çətinlik çəkirdik. Ailəmizin üzvləri onun səni haraylamasını eşidəndə sanki üstümüzə qaynar su tökülür. Bu vəziyyətə düşməyimizi heç arzulamırdıq.

 

Əlim işdən yaman soyuyub. Düşüncələrimin dalınca qaça bilmirəm. Sanki hər şeyi unudub sənin taleyini düşünürəm, ata! Sənin bədbəxt taleyin ən çox məni yandırır, ata! Məni küçədə görənlər mənalı-mənalı üzümə baxıb nəsə söz demək istəyirlər. Amma heç kim nəsə demək istəmir, bəlkə cəsarətləri çatmır. Amma mən onları duyuram. Sonra sənin mazutlu əllərin gəlir gözümün qarşısına. O əlləri qoynuma alıb qoxulamaq, sonra isə üzümdə xəritə çəkmək istəyirəm mazutla. İndi neft qoxulu əllərinə həsrət qalmışam, ata! Evimizin suyu, duzu, nefti qurtarıb, ata! Yaxşı xatırlayıram. Evə gec gələndə və tez gedəndə çox məyus olurdum. Fikrimdə, zikrimdə dolaşan sən idin, ata! Ürəyim əvvəlcədən duymuşdu nəsə olacağını. İndi hamı kimi balaca Cəsur da darıxıb səninçün. Qonşuların, qohumların hələ gözü yoldadır. Hamı elə bilir ki, yenə dənizə getmisən. Evə gələndə isə həmişəki kimi əlini dumduru bulaq suyunda tərtəmiz yuduqdan sonra hamı ilə görüşəcəksən. Hamı hər gün bunu gözləyir. Gözlərimiz yollara zillənib, ata!

 

... Daha dənizi atam sayacam! Qoy, heç kim məni qınamasın! Ürəyimdən keçənləri dənizə söyləyəcəm. Daha dəniz çalacaq mənim laylamı! İndi atama layla çaldığı kimi! Bu dəniz özünün saf sularıyla laylasını nəğmə dili ilə deyəcək. Başımı sığallayacaq Xəzər mənim. İndi mən Xəzərimi daha çox sevəcəm, atama qoynunda verdiyi yerə görə!..

 

Mənə anam layla çalıb, amma ata laylası da var, axı! Bu layla mənə mətinliyi, igidliyi, qəhrəmanlığı və dönməzliyi öyrədib...Həmişə inanmışam ki, mənim atam qəhrəmandır. Övladın gözündə ata həmişə qəhrəman olub. Elə indi də atam dəniz qəhrəmanıdır. O, indi dalğalar qoynunda dənizə bəstələdiyi nəğmələrini oxuyur. Ayna sular, şahə qalxan dalğalar onu daha da saflaşdırır, vətənə layiq oğul olduğunu bildirir...

 

... İndi səni dənizdə axtarırlar, ata! Amma bilmirlər ki, sən mənim ürəyimdəsən! Qağayılar da qıy çəkə-çəkə dəniz üzərində dövrə vururlar. Dalğıclar da sizin yerinizi bilmirlər. Bu sirli dünyanın sirlərindən baş açmaq olmur. Nə üçün dalğalar şahə qalxır, nə üçün sular aşıb-coşur. Hər sirrin öz müəmmalı cavabı var. Dünya bərqərar olandan insanlar ölürlər. Kimi quruda, kimi suda! Son nəticə isə ölümdür. Bütün bu müəmmalı sirləri yalnız Allah bilir. Odur bizi yaradan, odur bizi bu dünyadan aparan!

 

... Qəlbimə bir ağırlıq çöküb. Çinimə sanki tonlarla yük qoyulub. Bu yükün ağırlığı hər gün artır. Cəsurun baba harayı məni zirvələrə qaldırıb yerə vurur! Sonsuz üfüqlər boyu bir nöqtə görürəm. Bu, sənsən, ata! Daha gözəgörünməz olubsan! Sənin üzdüyün dərin suların hamısı qəlbimdədir. Əvvəllər olduğu kimi, indi də qəlbimin dərinliklərində bir atalı dünyam var! Atalı günlərim, indi hardasınız? Qəlbim səni haraylayır. Gözüm də, könlüm də həmişə səni axtarır...

 

... Səhər açılır. Hamı işə tələsir, mən isə dənizə! Səhər-səhər səni salamlamaq istəyirəm. İstəyirəm ki, üfüqlər qızaranda sənin o gülərüzünü görüm, ata! Fikrimcə, atalardır dünyanın bünövrəsini qoyan, bizləri ağ günə çıxardan. Onlardır günümüzün qəhrəmanları və Azərbaycanımızın şöhrətini yüksəkliyə qaldıranlar...

 

... Qayıt evimizə, ata! Sənin üçün yaman darıxmışam. Sənə söz verirəm, həmişə Xəzərimi sevəcəyəm, həmişə onun şahanə dalğalarını sığallayacağam.

 

Qayıdın, ata! Azərbaycan yolunuzu gözləyir. Hardasa oxumuşam: "Sevdiyim Azərbaycanım mənim qibləgahımdır!”

 

Sən də mənim qibləgahımsan, ata! Tez gəl!

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

700 bal toplayan tələbə: Ən böyük arzum - Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olmaq idi (FOTO)

23 May 2017 11:08

Prezident və ailəsinin bağlanış mərasimindən FOTOLARI

23 May 2017 11:08

Şahandan xanımına romantik ildönümü mesajı

23 May 2017 11:05

Daha bir milyarder, daha bir boşanma: 15 milyard dollarlıq təzminat tələbi - FOTO

23 May 2017 11:05

İsrail əsgərləri Trampın səfər edəcəyi ərazidə fələstinli gənci güllələdilər

23 May 2017 11:03

Trampın çıxış zamanı nazir yatdı - İVANKANIN YANINDA

23 May 2017 10:59

"Azərittifaqı Sənaye Müəssisələri Birliyi" dövlət qurumunu məhkəməyə verib

23 May 2017 10:57

Narkotik alverçisi idi, zirvəyə yüksəldi

23 May 2017 10:57

Bakcell Ulduzum proqramının yenilənmiş internet səhifəsini təqdim edir

23 May 2017 10:55

Azərbaycanlı müğənni unudulmağından danışdı - VİDEO

23 May 2017 10:54

Arvadı üçün məxfi peyk məlumatlarını Rusiyaya satmaq istədi

23 May 2017 10:53

Konte ən yaxşı məşqçi seçildi

23 May 2017 10:52

Zakir Həsənov Batumiyə gedib

23 May 2017 10:52

Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

23 May 2017 10:50

Ordunun ən gözəl qadın əsgəri

23 May 2017 10:49

Türkiyəli kardioloqdan oruc tutanlara VACİB MƏSLƏHƏTLƏR

23 May 2017 10:48

İDDİA: İngiltərə terrorunu törədən öldü - Həlak olanların sayı artdı - FOTO

23 May 2017 10:47

Aygün Bayramova ərə gedir - Bu gün toyudur

23 May 2017 10:47

Tatlısəsin qızı Atatürk üçün ağladı: “Allah gözəlim Atatürkü buraya gətirəcək” -VİDEO

23 May 2017 10:47

Britaniyada terror qurbanları arasında azərbaycanlılar var?

23 May 2017 10:47

Sənəd verən abituriyentlərin sayı niyə azdır? - Səbəb AÇIQLANDI

23 May 2017 10:47

Prezident və ailəsi bağlanış mərasimində - FOTOLAR

23 May 2017 10:47

Türk müğənni 48 yaşında belə geyindi - FOTO

23 May 2017 10:47

Neft bahalaşmaqda davam edir

23 May 2017 10:45

28 May - Respublika Günü Misir mətbuatının gündəmində (FOTO)

23 May 2017 10:43

İraq neft qiymətlərində yüksəlişi dayandırıb

23 May 2017 10:42

Hülya Koçyiğit əməliyyat olunub

23 May 2017 10:42

AİF istiqrazlarının növbəti partiyasını yerləşdirməyə hazırlaşır

23 May 2017 10:37

Mançestrdəki terrorun məsuliyyətini İŞİD üzərinə götürüb

23 May 2017 10:37

İŞİD məsuliyyəti üzərinə götürdü - Mançesterdəki partlayışa görə

23 May 2017 10:36

K'skin istilər 1000-dən çox insanı xəstəxanalıq etdi

23 May 2017 10:36

“Samsung” şirkəti uzadıla bilən OLED displey hazırlayıb

23 May 2017 10:35

53755 nəfər ali məktəblərə ikinci dəfə imtahan verəcək

23 May 2017 10:29

DİM: Sənəd verən abituriyentlərin az olmasına builki məzunların sayının azalması da təsir göstərib

23 May 2017 10:29

İngiltərədəki partlayışdan sonra paylaşılan QORXUNC TVİT aranı qarışdırdı - VİDEO - FOTO

23 May 2017 10:27

“Azərişıq” Cocuq Mərcanlıda yarımstansiyanın inşasını başa çatdırıb

23 May 2017 10:27

Fahriye Evcen 7 il sonra Klaudiya ilə görüşdü - FOTO

23 May 2017 10:27

Azərbaycanda dönər aparatı faciəyə səbəb oldu: ölən var

23 May 2017 10:24

Milli Parkda yanğın

23 May 2017 10:23

11-cilər imtahanda

23 May 2017 10:23

Kuba mətbuatı: Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi

23 May 2017 10:22

Mançester polisi: Partlayışı terrorçu-intiharçı törədib

23 May 2017 10:22

Çin Şimali Koreyanı hədələdi

23 May 2017 10:21

Azərbaycan nefti BAHALAŞDI

23 May 2017 10:17

ETSN-in kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

23 May 2017 10:17

55-ci WBC Konvensiyası Bakıda keçiriləcək

23 May 2017 10:17

“Qəbələ” italyanlarla "sülh" bağıladı, “Milan” “Real”a qalib gəldi

23 May 2017 10:17

Mançesterdəki partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb

23 May 2017 10:15

“Cocuq Mərcanlı”nın işıqlanmasına az qaldı

23 May 2017 10:14

Tramp kilsədə ağladı - FOTO/VİDEO

23 May 2017 10:13