Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Derlis Meza Kolli: "Nəticədən o qədər də kədərlənməməliyik"

​Derlis Meza Kolli: "Nəticədən o qədər də kədərlənməməliyik"

Date: 11 December 2015 15:22

Bakı. 11 dekabr. REPORT.AZ/ "Bir qol vursaydıq, oyun başqa cür olardı. Rəqib ilk hissədə 2 dəfə qapımıza gəldi və qol vurdu. Fikrimcə, burada da oyun bitdi və biz öz fürsətlərimizdən istifadə edə bilmədik. Hansı ki, o imkanlardan yararlanmalı idik". "Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiya "Krasnodar"ı ilə oyundan 0:3 hesablı məğlubiyyətlə ayrılan "Qəbələ"nin futbolçusu Derlis Meza Kolli deyib.
İlk dəfə belə nüfuzlu turnirdə oynadıqlarını xatırladan italiyalı yarımmüdafiəçi təcrübə topladıqca daha yaxşı çıxış edəcəklərini söyləyib: "Krasnodar"la oyunun ilk hissəsində 3 qol imkanımız oldu. Rəqib qollar vurduqdan sonra bizdə bir balaca ruh düşkünlüyü yarandı. "Borussiya" ilə oyunda da demək olar ki, eyni vəziyyət oldu. Biz yox, rəqib qol imkanlarından yararlandı. Düşünürəm ki, oxşar oyunlar idi. Sadəcə, bizdə qol çatışmadı. Qol vursaydıq, oyun başqa cür ola bilərdi. İlk dəfədir ki, qrup mərhələsində çıxış edirik. Ümumi nəticədən o qədər də kədərlənməməliyik. İnanıram ki, yenə qrupda mübarizə aparacağıq və təcrübə artdıqca daha yaxşı çıxış edəcəyik".
Meza Kollinin meneceri bir müddət əvvəl futbolçunun "Qəbələ"dən gedəcəyini açıqlayıb. 27 yaşlı futbolçu bununla bağlı yayılan xəbərlərə də münasibət bildirib: "İnter"də oynayanda daha çox meydana çıxırdım. Burada isə avrokubok və çempionatın bəzi oyunlarında forma geyinirəm. Öz üzərimdə çalışmağa davam etməliyəm. Heç kimdən şikayətim yoxdur. Komandadan getməyimə gəlincə, bu normal haldır. Hər oyunçu komandanın bütün oyunlarında çıxış etmək istəyir. Mən klub rəhbərliyindən məmnunam. Vitse-prezident Fariz Nəcəfovla da bu barədə danışmışam, öz istək və arzularımı bildirmişəm. Yenə də məşqçinin qəbul etdiyi bütün qərarlara hörmətlə yanaşıram. Çünki kimin oynayıb-oynamayacağını o seçir".
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında qrup mərhələsini 2 xalla sonuncu pillədə tamamlayıb. 

Tags:  Derlis Meza Kolli Nəticədən kədərlənməməliyik

RƏYLƏR


Top news