​SOCAR-ın noyabrda DSMF-yə ödəmələri 5%-dən çox artıb

​SOCAR-ın noyabrda DSMF-yə ödəmələri 5%-dən çox artıb
15:27 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin noyabr ayında dövlət büdcəsinə 133 milyon 599 min manat vəsait ödəyib. "Report" xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 774 min manat yaxud 6,16% azdır.
Məlumata görə, 2015-ci ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 404 milyon 875 min manat vəsait ödənilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 302 milyon 46 min yaxud 17,70% azdır.
Bundan əlavə, cari ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 189 min manat vəsait köçürüb ki, bu da 2014-cü ilin noyabrı ilə müqayisədə 571 min manat yaxud 5,38% artım deməkdir.
Bu ilin yanvar-noyabr aylarında SOCAR tərəfindən Sosial Müdafiə Fonduna köçürülən ödənişlərin həcmi 2 milyon 928 min manat yaxud 2,26% azalaraq 126 milyon 606 min manat təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-in-noyabrda-dsmf-ye-odemeleti-5-den-cox-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR