Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Wyscout" məhsullarını klublara təqdim etdi

"Wyscout" məhsullarını klublara təqdim etdi

Date: 11 December 2015 15:30

Dekabrın 10-da AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə I Divizion klubları üçün Wyscout şirkətinin məhsullarının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən şirkətin bölgə üzrə satış meneceri Oleh Sahaydak Wyscout platforması haqqında ətraflı məlumat verdikdən sonra klublar, məşqçilər və futbolçular üçün yaradılan imkanları əyani nümunələrlə göstərib. Tədbirin sonunda O.Sahaydak klub nümayəndələrinin suallarını cavablandırıb.

Analitik məhsullar bazarında olan digər rəqiblərdən Wyscout platforması dünya üzrə bir çox futbol liqalarını, klubları, məşqçiləri və futbolçuları eyni şəbəkədə birləşdirməsi ilə fərqlənir. Şirkətin müştəriləri arasında “Bavariya”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Arsenal”, “Qalatasaray”, “Atletiko Madrid”, “Barselona” kimi klublar var.

Wyscout şirkəti 80 ölkədə 30 mindən çox klubu və 300 minə yaxın futbolçunu əhatə edir.


Tags:  Wyscout klublar

RƏYLƏR


Top news