Aksiz markası ilə markalanmalı olan malların alışı və satışı üzrə tələblər

15:33 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci hissəsinə əsasən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” təsdiq edilib və 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minəcək.

Vergilər Nazirliyindən Trend-ə bildirilib ki, qaydaların 3.2-ci bəndinə əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların alışı və satışı “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi” Qaydalarının aşağıdakı tələblərinə uyğun həyata keçirilməlidir:

- aksiz markası ilə markalanmalı olan malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda;
- həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda;
- həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə.

Yuxarıda sadalanan tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.4-cü maddəsinə görə isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yuxarıda göstərilənləri nəzərə alaraq 1 yanvar 2016-ci il tarixdən etibarən istehsal və satış obyektlərinizdə aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.

Qanunun tələblərinə görə markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Qeyd olunanlarla əlaqədar, satış (iaşə) obyektlərinizdə hazırda qalıqda olan və 1 yanvar 2016-cı il tarixədək alacağınız aksiz markası ilə markalanmalı olan malların inventarizasiyasının aparılması və həmin malların sənədləşməsinin 1 yanvar 2016-cı il tarixinədək yuxarıda göstərilən tələblərə uyğunlaşdırılması tövsiyə olunur. Əks təqdirdə inizibati və cinayət məsuliyyətinə səbəb ola biləcək cəzalara məruz qala bilərsiniz ki, bu halda da məsuliyyət Sizin üzərinizdə qalacaq.

Yaranan suallarla əlaqədar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ötən il ABŞ-ın bir ştatında polis 157 nəfəri öldürüb

19 Avqust 2017 09:47

Zığ şosesində qəza

19 Avqust 2017 09:36

Atəşkəs 121 dəfə pozuldu

19 Avqust 2017 09:34

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "MÜHARİBƏYƏ GEDƏCƏYİNİ" bildirdi

19 Avqust 2017 09:33

Erməni silahlı bölmələri atəşkəsi 121 dəfə pozub

19 Avqust 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (19.08.2017)

19 Avqust 2017 09:32

Azərbaycanda antik dövrə aid qəbiristanlıq aşkar edildi

19 Avqust 2017 09:27

Camış qadını xəstəxanalıq etdi - Ağstafada

19 Avqust 2017 09:14

Bakıda qadın naməlum şəxslər tərəfindən döyülüb

19 Avqust 2017 09:12

CƏBHƏDƏN XƏBƏR VAR

19 Avqust 2017 09:10

Adnan Oktar Azərbaycan xalqını təhqir etdi – VİDEO

19 Avqust 2017 09:03

"Lada" "Ford"la toqquşdu: bir yaralı

19 Avqust 2017 08:59

Alkanardakı partlayışın dağıntıları arasında ikinci cəsəd tapılıb

19 Avqust 2017 08:42

İctimai nəqliyyatda təhlükəsizliklə bağlı yeni layihə başlayır

19 Avqust 2017 08:33

Livan ordusu Suriya ilə sərhəddə İŞİD əleyhinə əməliyyata başlayıb

19 Avqust 2017 08:32

Alimlər bədxassəli xalların yaranma səbəbini tapıblar

19 Avqust 2017 08:03

İspaniyada terror qurbanlarının 9-nun şəxsiyyəti müəyyənləşdirilib

19 Avqust 2017 08:02

Dieqo Kostadan “Çelsi” rəhbərliyinə SƏRT MESAJ

19 Avqust 2017 07:33

Trampın "Twitter" hesabının dəyəri açıqlandı

19 Avqust 2017 07:29

Sakit okeanda güclü zəlzələ: iki ada silkələndi

19 Avqust 2017 07:24

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək

19 Avqust 2017 07:12

Çində daşqınlar 10 nəfərin ölümünə səbəb olub

19 Avqust 2017 07:07

Yaponiya və Çin arasında gərginlik - Pekinə xəbərdarlıq edildi

19 Avqust 2017 07:03

Bakıda "Azsamand" yandı

19 Avqust 2017 06:39

Yeni doğulmuş körpələrdə doğru bildiyimiz yanlışlar

19 Avqust 2017 06:33

Ən böyük 50 qaradərili idmançının reytinqi açıqlandı

19 Avqust 2017 06:29

Konqoda 200 nəfər torpaq sürüşmələrinin qurbanı olub

19 Avqust 2017 06:22

Neftimizin qiyməti cüzi ucuzlaşıb

19 Avqust 2017 06:03

Qida zəhərlənməsini yüngülləşdirən prosedurlar

19 Avqust 2017 05:33

Venesuelanın keçmiş baş prokuroru prezident Maduronu korrupsiya qalmaqalında ittiham edib

19 Avqust 2017 05:32

Beyləqanda ev əşyaları ilə birgə yandı

19 Avqust 2017 05:29

Status paylaşanlar pul qazanacaq - yeni sosial şəbəkə

19 Avqust 2017 05:03

Trampın daha bir müşaviri vəzifəsini tərk etdi

19 Avqust 2017 04:39

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı - Koutinyonu satmırlar

19 Avqust 2017 04:33

Trampın sərmayələrin qanuni tənzimlənməsi üzrə xüsusi məsləhətçisi öz postunu tərk edəcək

19 Avqust 2017 04:17

Tryudo Barselonada Kanada sakinlərinin öldürüldüyünü bildirib

19 Avqust 2017 04:07

Dünyanı yeni xəstəlik bürüyə bilər - Nigeriyada mənşəyi məlum olmayan virus yayıldı

19 Avqust 2017 04:03

Adriana bu dəfə Metinlə qayıtdı - FOTOLAR

19 Avqust 2017 03:33

Bakıda 7 otaqlı ev yandı

19 Avqust 2017 03:19

Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

19 Avqust 2017 03:07

“Qarabağ”a qol vurmuş hücumçu “Milan”da

19 Avqust 2017 03:03

6 metrlik quyuya düşən şəxs xilas olundu - Şəkidə

19 Avqust 2017 02:54

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "müharibəyə gedəcəyini" bildirib

19 Avqust 2017 02:52

Evdə hazırlaya biləcəyiniz və sizi gözəlləşdirəcək maskalar

19 Avqust 2017 02:33

Bakıda mənzildən meyit tapılıb

19 Avqust 2017 02:19

Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

19 Avqust 2017 02:03

Almaniyada bıçaqla hücum olub -

19 Avqust 2017 01:50

Salyanda qonşu qonşunu bıçaqladı

19 Avqust 2017 01:39

102 yaşlı ən qoca paraşütçü - VİDEO

19 Avqust 2017 01:33

Dünyanı yeni xəstəlik bürüyə bilər -

19 Avqust 2017 01:25