Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Vidadi Zeynalov: "MTN əməkdaşlarını tanımıram, tanımaq da istəmirəm"

Vidadi Zeynalov: "MTN əməkdaşlarını tanımıram, tanımaq da istəmirəm"

Date: 11 December 2015 15:34

 

Hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov vəkili Adəm Məmmədov vasitəsilə yeni açıqlama ilə çıxış edib.

 

Lent.az-a danışan vəkil Adəm Məmmədov bildirib ki, Vidadi Zeynalov bir daha MTN əməkdaşları ilə heç bir əlaqəsinin olmadığını vurğulayır: Vidadi Zeynalov deyir ki, MTN əməkdaşları ilə heç bir münasibəti olmayıb. Həmin şəxsləri tanımır, heç tanımaq da istəmir". V. Zeynalov həmin şəxslərlə ayrı-ayrı nazirlikdə çalışdıqlarını, onların həyata  keçirdiyi işlərdən xəbərsiz olduğunu və ona heç bir aidiyyətinin olmadığını bildirib.

 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

 

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində Səbael rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimlan tədbiri seçilib.

 


Tags:  Vidadi Zeynalov MTN əməkdaşlarını tanımıram tanımaq istəmirəm

RƏYLƏR


Top news