Tələbələrdən neftçilərə nəcib jest - FOTO

Tələbələrdən neftçilərə nəcib jest - FOTO
15:34 11 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

“Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar”  İctimai Birliyi “Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Mərkəzi Neftçilər xəstəxanasını ziyarət edib.

Lent.az-ın məlumatına görə, ziyarətin məqsədi xidmət zamanı qəhrəmanlıq göstərmiş neftçilərimizə dəstək olmaqdır.

Xəstəxana rəhbərliyinə təşkilat adından neftçilərə verilməsi üçün hədiyyəli sertifikatlar da təqdim olunub.

Qeyd edək ki, təşəkkürnamə ilə təltif olunmuş neftçilərin ailələrinin bir üzvü bu sənədi təqdim edərək “Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar” təşkilatının ofisi vasitəsilə tam ödənişsiz olaraq istənilən xarici ölkədə ali təhsil müəssisəsinə qəbul olmaq hüququ qazanır.

Aksiyanın məqsədi cəmiyyət arasında qarşılıqlı yardım trendinin yaradılması olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR