GUAM-ın Cinayətkarlığa qarşı mübarizə üzrə İşçi Qrupu gələn il üçün iş planını müzakirə edib

GUAM-ın Cinayətkarlığa qarşı mübarizə üzrə İşçi Qrupu gələn il üçün iş planını müzakirə edib
15:37 11 Dekabr 2015
18 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın Kiyevdəki katibliyində nazirlik və idarə rəhbərlərinin müavinləri səviyyəsində Cinayətkarlığa qarşı mübarizənin koordinasiyası məsələləri üzrə İşçi Qrupun 18-ci iclası baş tutub. "Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda GUAM-a üzv dövlətlərin nümayəndələri iştirak ediblər.
Nümayəndə heyətləri təşkilatın 2015-ci ildə gördüyü işlərə dair hesabatı nəzərdən keçirərək qəbul edib, eləcə də 2016-cı il üçün iş planını müzakirə edib. İclas iştirakçıları İşçi Qrupun əlaqələndiricisi olan ölkənin və əlaqədar altqrupların funksiyalarının növbəti il üçün də dəyişməz qalmasını qərara alıb.
İşçi Qrupun növbəti iclası 2016-cı ilin noyabr-dekabr aylarında keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/guam-in-cinayetkarliga-qarsi-mubarize-uzre-isci-qrupu-gelen-il-ucun-is-planini-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR