Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident beşinci dəfə baba oldu - fotolar

Prezident beşinci dəfə baba oldu - fotolar

Date: 11 December 2015 15:41

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və həyat yoldaşı Əminənin beçinci nəvələri dünyaya gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünyaya yeni gələn oğlan Ərdoğanın qızı Esranın üçüncü övladıdır. Bundan başqa Esranın 10 yaşında Ahmet Akif, 6 yaşında Mahinur adlı iki uşağı var.

Esra Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Berat Albayrakla evlidir

Beşinci nəvəsinin sevincini yaşayan Əminə Ərdoğan Sakaryada bir tədbirdən çıxarkən medianın təbriklərini qəbul edərək "Xeyirli olsun, Allah hər kəsə qismət eləsin. Çox xoşbəxtik" deyib.

Prezidentin digər iki nəvəsi isə oğlu Bilal Ərdoğanın evliliyindədir: Ömər Tayyip (9 yaş), Ali Tahir (2 yaş).

Ərdoğan İstanbulda bu gün qatılacağı tədbiləri ləğv etdirib.




Tags:  Prezident beşinci dəfə baba oldu fotolar

RƏYLƏR


Top news