Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Film Fondunda Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi qeyd olunacaq

Film Fondunda Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi qeyd olunacaq

Date: 11 December 2015 15:42

Bakı. 11 dekabr. REPORT.AZ/ Dövlət Film Fondunda Azərbaycanın tanınmış kino və teatr xadimi, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.
Bu barədə "Report"a Dövlət Film Fondundan məlumat verilib.
Yubiley tədbiri dekabrın 15-i saat 17.00-də Film Fondunda keçiriləcək.
M.Şeyxzamanovun 100 illik yubileyinə həsr edilən ilk tədbir Akademik Milli Dram Teatrında təşkil edilib.
Xatırladaq ki, M.Şeyxzamanov 1915-ci ildə Gəncədə anadan olub. Azərbaycan teatr və kinosunun tarixində müxtəlif, maraqlı obrazlar yaradan M.Şeyxzamanov yaddaqalan obrazlara imza atıb.
M.Şeyxzamanov 1984-cü ildə 70 yaşında vəfat edib. 

Tags:  Film Fondunda Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi qeyd olunacaq


RƏYLƏR


Top news