Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 12 santimetr azalıb

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 12 santimetr azalıb
15:48 11 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Dekabrın 11-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 180-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-160 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 162 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 60,5 kubmetr olub.
Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 10 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 443, Şirvanda 333, Salyanda 297, Bankədə 233, Novruzlu məntəqəsində isə 180 santimetrdir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Araz_chayinin_Novruzlu_menteqesinde_suyun_seviyyesi_12_santimetr_azalib-910378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR