Pərvin “Qadın olmağ”ın sirlərini bölüşəcək - foto

Pərvin “Qadın olmağ”ın sirlərini bölüşəcək - foto
15:56 11 Dekabr 2015
47 Şou
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Pərvinin “Qadın olmaq” kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb. Kitabda on məşhur qadının, tarixdə məhz QADINlıqları ilə iz buraxmış xanımların həyatı, taleyi, sevgi hekayələri öz əksini tapıb.

Esselər ayrı-ayrı adamlara həsr olunsalar da, bunları bir əsas amal, ideya birləşdirir. Müəllif kitabın girişində bunları deyir:

“On Qadın, on tale, sevgilər… Əslində bütöv bir Qadınlıq tarixində bu on xanımın taleyi kiçik bir yer tutur.

Dünyada haqqında yazılası, həyatı araşdırılası yüzlərlə qadınlar olub, var. Niyə məhz bu qadınlar? Bu sualın cavabını oxucu esselərlə tanış olduqca, onların dərinliyinə getdikcə tapacaq.

Bu məqamda sadəcə kitabın adına kiçik bir izah verib deyə bilərəm ki, bu on qadının hər birinin bioqrafiyasında, xarakterində QADINlığın, QADIN olmağın sirrləri gizlənir. Və mən müəllif  kimi məhz bu sirrləri kodlar, eyhamlar, şifrələr şəklində oxucuma çatdırmağa çalışmışam. Amma bu qətiyyən o demək deyil ki, yazılar, kitab yalnız qadın oxucuya hesablanıb.

Mənə görə qadınlıq sirrləri, qadın hissləri, gizlinləri qarşı cinsi daha çox düşündürməli, narahat etməlidir. Bu mənada bəylərin də bu on qadının həyat hekayələrindən nələrsə əxz edəcəyinə ümidim var”.

Pərvinin “Qadın olmaq”  kitabı insan münasibətlərinin bir çox gizlin, alt qatlarını təhlil edir.

Kitabı müəllifin imzası ilə əldə etmək istəyənlər 14 dekabr, saat 14:00-da Fəvvarələr Meydanında “Soyuq əllər, isti ürək” yarmarkasının “Qanun” nəşriyyatı evində baş tutacaq imza gününə dəvətlidirlər.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR