Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xədicə İsmayıl kasasiya şikayəti verəcək

Xədicə İsmayıl kasasiya şikayəti verəcək

Date: 11 December 2015 15:57

Həbsdə olan jurnalist Xədicə İsmayılın vəkili müvəkkilinin azadlığa buraxılması ilə bağlı kasasiya şikayəti hazırlayıb.

Bu barədə Trend-ə jurnalistin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, şikayət hazır olsa da, hələlik Ali Məhkəməyə təqdim edilməyib: "Kasasiya şikayəti hazırlamışıq. Şikayətlə bağlı Xədicə İsmayılova ilə görüşməliyəm. Onunla şikayəti müzakirə edəcəyəm. Görüş baş tutmadığı üçün Ali Məhkəməyə şikayəti təqdim etmək yubanır".

Vəkil bildirib ki, X.İsmayılova ilə görüşmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə müraciət etsə də, hələlik müraciətinə cavab ala bilməyib: "Görüşlə bağlı Penitensiar Xidmətin rəhbərliyinə 10 gündən artıqdır ki, müraciət etmişəm. Amma hələlik müraciətə cavab verilməyib. Cavab veriləndən sonra X.İsmayılova ilə görüşüb detalları müzakirə etdikdən sonra şikayəti məhkəməyə təqdim edəcəyəm".

Xatırladaq ki, X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7,5 il müddətində azadlıqdan məhrum edilib.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib.

Hökmdən narazı qalan X.İsmayılova apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Milli.Az


Tags:  Xədicə İsmayıl kasasiya şikayəti verəcək


RƏYLƏR


Top news