Azərbaycan Gənclər İttifaqı Alman qonaqları ilə birlikdə yeni layihəni anons edirlər - FOTO

Azərbaycan Gənclər İttifaqı Alman qonaqları ilə birlikdə yeni layihəni anons edirlər - FOTO
16:05 11 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Dekabırın 9-da Bakıya, Azərbaycan Gənclər İttifaqının dəvəti ilə Almaniyanın məşhur " KIRCHKNOPF + GRAMBOW" studiyasının rejissor və video-operatorları təşrif gətiriblər.

Studiyanın rəhbərləri və heyəti Azərbaycan Gənclər İttifaqının qonaqlarıdırlar və paytaxtımıza gəlmələrində məqsədləri sənədli filmi çəkmək, xoreoqrafik və incəsənət fotosessiyaları keçirməkdir. Layihə Bakının ən qədim və məşhur "Jam SS" müasir rəqs qrupu ilə birlikdə həyata keçiriləcək. Kastinqlər və çəkilişlər 6 gün ərzində davam edəcəkdir. Layihənin təşkilatçısı Əziz Əzizov ilə Azərbaycan Gənclər İttifaqının Mədəniyyət və İncəsənət Departmentidir. Layihənin koordinatorları: Cavid Qəndilov, Anna Levkina, Veronika Talıbova və Dato Kipianidir.

Hal-hazırda qonaqlar "Jam SS" rəqs məktəbinin əsas heyətinin məşqlərinini lentə alıblar. Məşq zalında pozitiv və dostluq atmosferi yayılır. Çəkilişlər non-stop rejimdə keçirilir. Artıq milli və Latın Amerikası rəqslərinin məşqləri çəkilib.

Dekabırın 11-dan etibarən Joscha, Juri və Andrea çəkilişlər ücün məkan seçəcəklər. Məlum olduğuna görə, həmin məkanlardan biri Yanardağ ərazisi olacaqdır. Qonaqlarımız internet vasitəsi ilə ölkəmiz haqqında məlumat axtaranda, həqiqətən, bu məkanı çox bəyəndilər.

Dekabırın 11-nin axşam çəkilişlərində "Jam SS" rəqs studiyasında uşaq qruplarının məşqləri işıqlandırılacaq.

"Çəkiliş qrupu həftə ərzində gərgin iş rejiminində çalışacaq. Buna baxmayaraq onlar Azərbaycanın görməli yerlərini gəzəcək, tarixi abidələr və Azərbaycan qonaqpərvəliyi ilə tanış olacaqlar. Çəkilişlərin son günü ənənəvi şam yeməyi təşkil olunacaq. Qonaqlarımıza Azərbaycan Gənclər İttifaqından hədiyyələr çatdırılacaq. İnanırıq ki, qonaqlarımıza bizim ölkədə olmaq çox xoş olacaq", - Azərbaycan Gənclər İttifaqının sədr muavini dedi.

"KIRCHKNOPF + GRAMBOW" studiyasının yaradıcıları 2 istedadlı rejissorlar və bu studiya Almaniyada yaradılsa da, Avropanın ən məşhur studiyalarindan biri kimi tanınır. Komanda yeni təəssürat axtarışı ilə bütün dünyanı gəzir. Onların işləri London və Hamburg beynalxalq muzey və qalereyalarında nümayiş etdirilib.

Təşkilatı və informasiya dəstəyi Trend.Az, Day.Az və Milli.Az-a aiddir.















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR