Astara sərhəd keçid məntəqəsində ciddi yoxlamalara başlanılıb - FOTO

Astara sərhəd keçid məntəqəsində ciddi yoxlamalara başlanılıb - FOTO
16:12 11 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Astara sərhəd keçid məntəqəsində "Donuz qripi"nə qarşı ciddi yoxlamalara başlanılıb. Müxtəlif ölkələrdə təhlükəli "Donuz qripi"nin aşkarlanması onun ölkəmizə keçmə ehtimalını bir qədər aktuallaşdırır.

Milli.Az CTV-yə (Region TV) istinadən xəbər verir ki, qonşu İran və Gürcüsdanda virusa yoluxanların olması isə ehtiyatlı davranmanı gündəmə gətirir. Son 3 həftə ərzində İranda "Donuz qripi" virusundan ölənlərin sayı 40-a çatıb. Verilən məlumata görə, İran İslam Respublikasından gələn insanlar xüsusi avadanlıq vasitəsi ilə Astara sərhəd keçid məntəqəsində yoxlanılır. Qripə bənzər simptomlar müşahidə edildikdə dərhal tədbirlər görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR