"Bu, nə söhbətdir?" - Xəbərdarlıq alan deputat

"Bu, nə söhbətdir?" - Xəbərdarlıq alan deputat
16:12 11 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında xalq artisti Zeynəb Xanlarovaya və yeni deputat Ülviyyə Həmzəyevaya xəbərdarlıq edilib. Buna səbəb onların toplantıya qatılmamasıdır.

Milli.Az xəbər verir ki, komitə sədrinin xəbərdarlıq etdiyi xanım deputat Ülviyyə Həmzəyeva azvision.az-a açıqlamasında əvvəlcədən iclasa gələ bilməyəcəyi haqda məlumat verdiyini bildirib.

"Mən əvvəlcədən nə üçün iclasa gələ bilməyəcəyimlə bağlı Milli Məclisə məlumat vermişdim. Bu, nə söhbətdir? Mən işimə məsuliyyətli insanam. Belə səhlənkarlığa yol vermərəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR