Bu teleaparıcıların nitqində qüsur var - SİYAHI

Bu teleaparıcıların nitqində qüsur var - SİYAHI
16:12 11 Dekabr 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

Milli Televiziya və Radio Şurasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanıb.
Milli.Az MTRŞ-yə istinadən monitorinq zamanı qeydə alınmış norma pozuntularını təqdim edir


 
ATV
Xəbər proqramları
Orfoepik normanın pozulması
 
"ATV Xəbər" - Ceyhun Səfər - 01.09.2015 - 21:13:09 - Qubanın Zərqova kəndində dərs ilinin başlanması böyük (böyüx´) arzuların reallaşmaması fonunda baş tutur.
"ATV Xəbər" - müxbir - 01.09.2015 - 21:21:31 -Ekspert Nüsrət İbrahimov deyir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarda zəiflik (zəiflix´) bu gün də davam edir.
"ATV Xəbər" - Ceyhun Səfər - 09.09.2015 - 14:05:03 - Yaxşı yadımdadır, uşaq idim, çömçəni kamança kimi dizimin üstünə qoyub, axlovu (oxlovu) ona sürtürdüm.
"Hava" - Kəmalə Piriyeva (nitqi sürətli olduğu üçün bəzi sözlərin əvvəli və ya sonun aydın tələffüz etmir) - 09.09.2015 - 14:31:45 - Bakı və Abşeron yamasının havasına (yarımadasının havasına) gəlincə, Sumqayıtda havanın temperaturu gündüz +35, gecə isə +24 dərəcə olacaq.
"Hava" - Nərmin Əlisoy - 11.09.2015 - 12.54:09 - Ekologiya və Təbii Sırvətlər  (Sərvətlər) Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bu günə aldığımız məlumatı diqqətinizə çatdırıram.
"ATV Səhər" - Turan İbrahimov - 28.09.2015 - 08:50:15 - Muasir (müasir) dövrdə, muasir (müasir) dünyada bang (bank) sistemləri elə bir şəbəkələr qurublar, elə bir sistemlər qurublar ki, banklara, ən azından, banklara borcu olmayan insanlar çox azdır.
"ATV Xəbər" - Gülnar Muxtarqızı - 12.10.2015 - 11:59:05 - Düzgün formatda yüklənmiş sənədlər barədə "icraata götürülmüşdür" geydi (qeydi) yazılır.
"ATV Xəbər" - Gülnar Muxtarqızı - 13.10.2015 - 12:04:45 - Buna görə də valideynlərə nadinc, yarımaz (yaramaz) uşaqları cəzalandırmaq yox, hər şeyi başa salmaq və onlara qarşı səbir nümayiş etdirmək məsləhət görülür.
"ATV Xəbər" - Gülnar Muxtarqızı - 14.10.2015 - 12:00:00 - Ötən müddət ərzində 2200-ə yaxın dərmanın giyməti təmzimlənib (qiyməti tənzimlənib). Bu dərmanların 53 %-inin giyməti (qiyməti) 2 dəfə, 28 %-inin giyməti (qiyməti) isə 3 dəfədən çox azaldılıb. İqtisadiyyat və sənaye naziri, Tarif Şurasının sədri Şahin Mustafayev bildirib ki, qiymətləri təmzimlənmiş (tənzimlənmiş) dərman vasitələrinin 98 %-inin giyməti (qiyməti) endirilib. Nəticədə hazırda satışda olan dərman vasitələrinin 25 %-inin giyməti təmzimlənib (qiyməti tənzimlənib). Bu məsələ dövlət başçısının digqət (diqqət) mərkəzindədir. Dərmanların giymətinin təmzimlənməsi (qiymətinin tənzimlənməsi) prosesi davam edəcək.
"ATV Xəbər" - Gülnar Muxtarqızı - 14.10.2015 - 12:02:00 - C vitamini bədənin immunitetini artırdığı üçün bol qreypfrut, portağal, naringil (naringi), ərik kimi təzə sıxılmış meyvə suları için.
"ATV Səhər" - müxbir - 16.10.2015 - 08:10:10 - Hadisə şahidi olan turistlərdən birinin didiyinə (dediyinə) görə, həmin yerdə olarkən bir anda cingilti eşidib və ayağının altından körpünün qaçdığını hiss edib.
"ATV Səhər" - Turan İbrahimov - 16.10.2015 - 08:11:18 - İndiyənə qədər (indiyə qədər) faciə yaşanmaması, inanın mənə, bir möcüzədir.
"ATV Səhər" - Turan İbrahimov - 16.10.2015 - 08:11:30 - Əz (əziz) tamaşaçılar, səhər-səhər gülmək də tam yerinə düşür.
"10lar" - Afaq Gəncəli - 17.10.2015 - 16:30:17 - "Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar" deyərlər. Elə bizim şou-biznes əhlinin bütün qabları çatdaya-çatdaya (çatdıya-çatdıya) gedir.
"10lar" - Afaq Gəncəli - 17.10.2015 - 16:34:31 - Gəlin görey (görəx′) məhz Faiq Ağayevin bu deyilən kəlmələrə reaküiyası (reaksiyası) necə oldu.
"ATV maqazin" - Nərgiz Vahabqızı - 31.10.2015 - 18:41:46 - Gənc olmasına baxmayaraq, artıq bir çox çəkildiyi filmlərlə kifayət qədər sevilən (çəkildiyi bir çox filmlərlə artıq kifayət qədər sevilən) Pərvin Abuyevadan (Abıyevadan) xəbər var.
Vurğu ilə bağlı səhvlər
"Nanəli" - Nanə Ağamalıyeva - 04.10.2015 - 22:02:00 - Və ekran qarşısında bizi izləyən tamaşaçılar, təbii ki, veriliş başlamazdan öncə mən, sadəcə olaraq, verilişin qı′saca (qısaca′) məzmunu haqqında tanış etmək istəyirəm sizi.
 "ATV Səhər" - müxbir - 12.10.2015 - 08:11:39 - Hindistanın paytaxtı De´hlidə (Dehlidə´) əhalinin artan sayı ilə birgə məişət tullantılarının da sürətlə artması ortaya qəribə mənzərə çıxarıb.
"ATV Xəbər" - Gülnar Muxtarqızı - 12.10.2015 - 12:00:54 - Biz də ümid edək ki, bu xəbərdən sonra uşaqların həyatına təhlükə yaradan belə parklarda təmizləmə işləri mütəma´d (mütəmadi´) aparılacaq ki, uşaqlarımız uşaqlıqlarından məhrum olunmasınlar.
Orfoqrafik normanın pozulması
"ATV Xəbər" - titr - 01.09.2015 - 14:03:58 - Ermənilər atəşkəsi yenə pozub (pozublar) - uzlaşma əlaqəsinin pozulması.      
Leksik normanın pozulması
"ATV Xəbər" - Ceyhun Səfər - 09.09.2015 - 14:15:09 - Qeyd edək ki, adı çəkilən yolda heyvanlar aviaqəzaların (avtoqəzaların) yaranmasına tez-tez səbəb olan bir səbəbdir (tez-tez səbəb olur).
"ATV Səhər" - Turan İbrahimov - 28.09.2015 - 08:04:14 - Sizinlə birlikdə mənəm, Turan İbrahimov və ümidvaram ki, bu iki saat birlikdəliyimiz (birlikdə olmağımız), sözün əsl mənasında, sizin üçün də, bizim üçün də səmərəli keçəcək.
"ATV Xəbər" - Turan İbrahimov - 16.10.2015 - 18:00:42 - Bakı Ali neft Akademiyasında (Məktəbində) həyəcanlı anlar yaşandı. Partlayış güclü yanğınla müşahidə (müşayiət) olundu.
Morfoloji normanın pozulması
"ATV Xəbər" - Ceyhun Səfər - 09.09.2015 - 14:03:40 - Bu gün Azərbaycan kamança sənətinin kökdən düşən günüdür. Böyük sənətkar, xalq artisti Habil Əliyev bizi tərk edir (tərk etdi).
"ATV Səhər" - Turan İbrahimov - 28.09.2015 - 08:50:15 - Muasir dövrdə, muasir dünyada bang sistemləri elə bir şəbəkələr qurublar, elə bir sistemlər qurublar ki, banklara, ən azından, banklara borcu olmayan insanlar çox azdır.
"Hava" - Nərmin Əlisoy - 16.10.2015 - 10.19:31 - Qazax, Tovuz, Şəmkir, Göygöl, Goranboy, Ağdam, Füzuli, Cəbrayıl bölgəsinin (bölgələrinin) hava durumuna gəlincə, burada havanın hərarəti gündüz saatlarında +12 - +17, gecə isə +11 - +12 dərəcə olacaq.
"Hava" - Nərgiz Məmmədova - 29.10.2015 - 14.15:04 - Ordubad, Culfa, Naxçıvan, Şahbuz və Şərurda havanın temperaturu gündüz saatlarda (gündüz saatlarında) +11 - + 14, gecə +5 - + 9 dərəcə isti olacaq.
"ATV Xəbər" - Turan İbrahimov - 29.10.2015 - 18:01:06 - Necə olub ki, yəni bu vaxta qədər müayinələr aparılmayıbmı (aparılmayıb) və uşağın fiziki qüsurlu olma ehtimalı müəyyənləşməyibmi (müəyyənləşməyib)? 
Sintaktik normanın pozulması
"ATV maqazin" - Nərgiz Vahabqızı - 12.09.2015 - 18:54:53 - Daha ətraflı isə süjetimizdə də maraqlı məlumatlar var ki, hansı ki, "Qız atası" serialının kadrarxası məqamları ilə də elə sıradakı süjetdə tanış olacaqsınız.
"ATV maqazin" - Nərgiz Vahabqızı - 12.09.2015 - 19:30:14 - Türkiyədə məşhur bir yarışmaya qatılan həmyerlimiz Rəşad Altınsəs nəinki iştirakçı olduğu verilişin münsif heyətinin sevgisini qazanmaqla yanaşı (qazandı), o həm də Türkiyənin çox sevilən və sənətkarı, imperatoru sayılan İbrahim Tatlısəsin də rəğbətini qazanmağı bacardı.
Söz sırasının pozulması
"10lar" - Afaq Gəncəli - 27.09.2015 - 16:30:45 - Bax bütün bu suallara sia hal-hazırda cavab tapmayacaqsınız, çünki (hələlik) "10lar"ın hələlik anonsları gəlir.
"Nanəli" - Nanə Ağamalıyeva - 04.10.2015 - 22:00:45 - Burdakı tamaşaçılar, gəlin ürəkdən onları (ürəkdən) qarşılayaq.
 "ATV Xəbər" - Gülnar Muxtarqızı - 12.10.2015 - 12:00:47 - Elə buna görə də mütəxəssislər uşaqları mümkün qədər belə yerlərdən uzaq tutmağı məsləhət görürlər.
"10lar" - Afaq Gəncəli - 17.10.2015 - 16:30:17 - Soyuq (bir) payız bir günündə ekran qarşısında əyləşib, ATV telekanalına baxıb hələ də 10lardan xəbər tutmağın bambaşqa ləzzəti var.
 "ATV Maqazin" - Nərgiz Vahabqızı - 31.10.2015 - 18:41:46 - Gənc olmasına baxmayaraq, artıq bir çox çəkildiyi filmlərlə kifayət qədər sevilən (çəkildiyi bir çox filmlərlə artıq kifayət qədər sevilən) Pərvin Abuyevadan xəbər var.
Uzlaşma əlaqəsinin pozulması
"ATV Xəbər" - Gülnar Muxtarqızı - 13.10.2015 - 12:04:37 - Belə bir açıqlama ilə amerikalı psixoloqlar çıxış edib (çıxış ediblər).
"ATV Xəbər" - Gülnar Muxtarqızı - 13.10.2015 - 12:04:59 - Qəribə səslənsə də, psixoloqlar dedi-qodunun faydalı olduğunu bildirir (bildirirlər).
"ATV Xəbər" - Turan İbrahimov - 16.10.2015 - 18:04:06 - Rusiya aviasiyası Suriyada əməliyyatlar keçirir, bombardmanlarını davam etdirir və bombardmanların fonunda Suriya ordusu da uğurlu əməliyyatlar keçirirlər (keçirir).
Qeyri-xəbər proqramları
Orfoepik normanın pozulması
   "Həkimsən" - İlhamə Bədəlova - 09.09.2015 - 14:43:15 - Bir var bir yerdə oturasan, internet vasitəsilə məlumatlanasan, bi (bir ) də var iki ölk


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR