Türkiyənin Antalya şəhərində MMA döyüşü üzrə 8-ci Dünya çempionatı idmançılarımız üçün uğurlu olub.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qardaş ölkədə gerçəkləşən yarışda Qazaxdan olan idmançı bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 72 kq-da mübarizə aparan Orxan Vəliyev İran və Ukraynadan olan rəqibləri ilə mübarizənin daha ağır keçdiyini, buna baxmayaraq qalib gəldiyini bildirib. 22 yaşlı idmançı doğulduğu rayonda coşqu ilə qarşılanıb. Onun qələbəsinin regionda fəaliyyət göstərən gənc idmançılara stimul verdiyi vurğulanıb.
Qeyd edək ki, Türkiyədə keçirilən dünya çempionatında 20 ölkədən 27 komanda mübarizə aparıb.
Milli.Az