Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Kadrlarla iş üzrə cavabdeh zabitlərin toplantısı keçirilib

Date: 11 December 2015 16:27

Tədbirdə çıxış edən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev nüdafiə naziri general-polkovnik Zakir Həsənovun tövsiyə və tapşırıqlarını toplantı iştirakçılarına çatdıraraq kadrlarla işə cavabdeh zabitlərin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.
Hərbi qulluqçuların vəzifələrə təyin edilməsində işgüzar keyfiyyətlərlə yanaşı, onların mənəvi-psixoloji hazırlığı, nizam-intizamının nəzərə alınmasının vacibliyi vurğulanıb, 2016-cı ildən hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydaların tətbiq olunacağı diqqətə çatdırılıb.
Toplantıda il ərzində əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, müəyyən döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırıldı, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən peşəkar zabitlərin fəaliyyətinin keyfiyyətcə artırıldığı önə çəkilib. Bildirilib ki, hərbi xidmətə cəlb ediləcək ixtisaslı gənclərlə bağlaşmadan qabaq onların bilik və bacarıqları, mənəvi keyfiyyətləri nəzərə alınacaq və belə zabitlərlə işin keyfiyyətinə diqqət artıralacaq.
Sonda tapşırıqların yerinə yetirilməsində nailiyyətlər əldə etmiş bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Tags:  Kadrlarla üzrə cavabdeh zabitlərin toplantısı keçirilib

RƏYLƏR


Top news