İcbari sığortaya dəyişikliklər plenar iclasa tövsiyə olunub

16:37 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un verdiyi xəbərə görə, Dövlət Sığorta Nəzarəti Xidmətinin rəsisi Namiq Xəlilov bildirib ki, dəyişikliklərdən biri də nağdsız hesablaşmaların artırılması ilə bağlı hazırlanıb.
"Azərbaycan sığorta bazarında xüsusilə icbari sığortada nağd dövriyyənin payı yüsksəkdir. Bu da müəyyən fəsadlara səbəb olur. Sığorta vasitəçiləri ilə sığorta şirkətləri arasında hesablaşmalarda problemlər ola bilir, dələduzluq halları olur, haqsız rəqabət üçün də yol açılır. Son illərin təhlili göstərir ki, bu problemlərin həlli üçün ən səmərəli yol bu sahədə nağd hesblaşmaları azaltmaq və nağdsız hesablaşmalara yol açmaqdır.
Eyni zamanda nağdsız ödənişlərin artırılması üçün təklif olunan tədbirlərən biri odur ki, icbari sığortalar üzrə sığorta müqavilələri elektron sənəd formasında bağlansın və bu da sığorta məhsullarının istehlakçılarına həmin sığorta müqavilələrini internet və yaxud hər hansı ödəniş portalı ilə əldə edilməsinə imkan yaradacaq." - deyə N.Xəlilov qeyd edib.
O bildirib ki, elektron sənəd formasına keçəndə, sığorta müqavilələri hətta birbaşa internet vasitəsilə şəhadətnamələr əldə edildikdə sığorta haqqlarına müəyyən güzəştlər də edilə bilər. Onun sözlərinə görə, birbaşa alındıqda sığorta şirkətlərinin xərcləri azalır bu da imkan verir ki, məhsul daha ucuz təqdim olunsun.
Layihədə təklif olunur ki, sığorta vasitəçiləri tərəfindən nağd formada təqdim olunan sığorta haqları sığortaçının bank hesabına yəni sığortaçıya nağd pul şəklində deyil, bank vasitəsilə onun hesabına ödənilsin.
"Biz düşünürük ki, daha da irəli gedə bilərik yəni ki, əgər razılıq olsa, bütün icbari sığortalar üzrə sığorta haqlarını birbaşa sığortaçının bank hesabına ödənilməsi yolu ilə həyata keçirilməsi tələbi də qoyuila bilər.
O bildirib ki, ikinci dəyişiklik avtonəqliyyat vasitəasi sahiblərinin mülki məsuliyyətinin icabri sığortası sahəsinə aiddir.
"Təklif ondan ibarətdir ki, beynəlxalq praktikaya müraciət edilib. Bu da sığorta iddialarının tələblərini birbaşa tənzimlənməsi praktikasıdır. Yəni bu da da ondan ibarətdir ki,əgər hansısa avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulursa, zərər vuran avtomobilin sahibinin məsuliyyəti sığortalandığı sığortaçıya müraciət etmək əvəzinə öz məsuliyyətini sığortalamış sığorta şirkətinə müraciət edəcək. Ondan sonra həmin sığorta şirkəti zərərin əvəzini ödəyir. Və ödənilmiş məbləği zərər vurmuş sığortaçının məsuliyyətini sığortamış sığorta şirkətindən alır.
Bunun üstünlüyü odur ki, insanlar öz məsuliyyətlərini sığortalatan zaman artıq müəyyən edə biləcəklər ki, kimsə onlara ziyan vuranda kimə müraciət etməlidirlər. Ona görə təklif edirik ki, Azərbaycan sığorta bazarına da belə mexanizm daxil olsun."-deyə, N. Xəlilov qeyd edib.
Qeyd edək ki, parlamentin plenar iclası dekabrın 18-də keçiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/i-cbari-sigortaya-deyisiklikler-plenar-iclasa-tovsiyye-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR