Prezident Nardarana 12 milyon ayırdı

Prezident Nardarana 12 milyon ayırdı
16:41 11 Dekabr 2015
9 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial - mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

Son bir ayda qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib. Həmçinin böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib.

Həmçinin Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis sercantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olub.



Nardarandakı əməliyyatdan görüntülər

Dekabrın 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub.

Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov Kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb.

Bu hadisədən sonra qəsəbədə bir neçə dəfə silah-sursat aşkarlanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR