Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məşhur rokçunun avtomobili rekord qiymətə satıldı (VİDEO)

Məşhur rokçunun avtomobili rekord qiymətə satıldı (VİDEO)

10 min dollarlıq hamburger satıldı (18 Mart 2017 19:37)
Bu ilin ən bahalı maşını satıldı - FOTO (18 Mart 2017 19:32)
Çağla Şikelin bu libası rekord qiymətə satıldı - FOTO (20 Fevral 2017 23:32)

Tarix: 11 Dekabr 2015 16:41

Məşhur rokçu Cenis Coplinin "Porsche" markalı avtomobili hərracda 1.76 milyon ABŞ dollarına satılıb.

ANS PRESS-in məlumatına görə, 1964-cü il buraxılışı olan avtomobilin 600 min dollardan baha satılmayacağı nəzərdə tutulsada avtomobil 3 qat baha qiymətə satılıb. Porşeyə bu qədər məbləği adı naməlum qalan kolleksioner verib.

Avtomobilin satışını "Sotheby’s" hərrac evi həyata keçirib. Hərracda ən yüksək qiymətə satılan avtomobil isə 1956-cı ildə əfsanəvi pilot Xuan Manuel Fanxio üçün buraxılan Ferrari 290MM yarış avtomobili olub. Avtomobil 28 milyon dollara satılıb.

Cenis Coplin 1970-ci ildə, 28 yaşında dünyasını dəyişib. Yaradıcılıq illəri ərzində 4 albom buraxmasına baxmayaraq, müğənni rok-blyuz janırında ən yaxşı ifaçı hesab edilir.



Sözü gedən avtomobil Coplinin sifarişi ilə psixodelik üslubda bəzədilib. Onun ölümündən sonra avtomobil rok-n-rolun Şərəf zalında sərgilənib.

RM Sotheby’s auksion evi qədim avtomobillərin satışı ilə məşğul olan RM auksion evi ilə nüfuzlu "Sotheby’s" hərracının birləşməsindən yaranıb.

Dekabrın 10-11 də keçirilən satış hərrac evinin ilk hərracı olub.

Teqlər:  Məşhur rokçunun avtomobili rekord qiymətə satıldı VİDEO



RƏYLƏR


Top xəbərlər