Azərbaycanın inkişafı Heydər Əliyevin müəyyən etdiyi strategiyadan keçir

Azərbaycanın inkişafı Heydər Əliyevin müəyyən etdiyi strategiyadan keçir
16:48 11 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Gəncə, 11 dekabr, Sabir Əliyev, AZƏRTAC
Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikir Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncədə keçirilən elmi-praktik konfransda səsləndirilib.
Heydər Əliyev Mərkəzində keçirilən konfransdan əvvəl iştirakçılar dahi rəhbərin mərkəzin qarşısında ucaldılmış abidəsni ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfransda Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyevin, Gəncə Dövlət Universitetinin dosenti Vüsalə Zeynalovanın, Xalq Artisti Şahnaz Haşımovanın və digərlərinin məruzələri dinlənilib.
Elmi-praktik konfransa Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yekun vuraraq, müstəqil Azərbaycanın bugünkü inkişafında görkəmli dövlət xadiminin gördüyü işlərdən danışıb. Diqqətə çatdırıb ki, bu gün Azərbaycanın varlığı Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər ölkəni mövcud xaos və anarxiyadan xilas edərək inkişaf yoluna çıxarıb.
Konfransda “Böyük ömrün anları” sənədli filmi nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_inkisafi_Heyder_Aliyevin_mueyyen_etdiyi_strategiyadan_kechir-910393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR