55 təhsil müəssisəsi Təhsil Şəbəkəsinə qoşulub

55 təhsil müəssisəsi Təhsil Şəbəkəsinə qoşulub
16:49 11 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bu ilin oktyabr və noyabr ayları ərzində Bakı, Qazax, Şirvan, İsmayıllı, Samux, Ağstafa, Bərdə, Göygöl, o cümlədən Lənkərandakı 55 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu günədək ATŞ-ə ümumilikdə 2051 təhsil müəssisəsi qoşulub.

Diqqətinizə çatdıraq ki, ATŞ-ə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası təmin edilib.

ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini də təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edərək biliklərini artıra bilirlər. Eyni zamanda ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən saytlara giriş məhdudlaşdırılıb.

Qeyd edək ki, eyni zamanda bu ilin oktyabr-noyabr ayları ərzində təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə ölkə üzrə 3000 ədəd Monoblok Lenovo stolüstü kompüter, 70 ədəd noutbuk, 153 ədəd proyektor və 183 ədəd interaktiv elektron lövhə paylanıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR