Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2 bürünc medal şansı...

2 bürünc medal şansı...

Date: 11 December 2015 16:53

Çuvaş Respublikasının paytaxtı Çeboksari şəhərində Çuvaş Respublikasının başçısının mükafatı uğrunda qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışları keçirilir.

Turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirak edir. Yığma komandamızın yarışa yollanan 3 üzvündən ikisi açıq Rusiya Kuboku yarışlarında bürünc medal uğrunda görüşə çıxıb.


53 kq çəkidə mübarizə aparan Leyla Qurbanova 1/8 finalda Stalvira Orşuşu, 1/4 finalda Yekaterina Krasnovanı üstələyib. Yarımfinalda Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa 2:3 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda görüşdə güləşçimizin rəqibi Qazaxstan təmsilçisi Juldız Eşimova olacaq.

60 kq-da təmsilçimiz Tatyana Omelçenko mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə Yelizaveta Sorokina üzərində tam üstünlüklü qələbə qazanan güləşçimiz növbəti görüşdə Lyubov Ovçarovaya məğlub olub. Rəqibin finala çıxması ilə Tatyana Omelçenko bürünc medal şansı əldə edib. Həlledici görüşdə Yekaterina Vyunova üzərində (5:0) qələbə qazanan güləşçimiz açıq Rusiya Kubokunun bürünc medalına sahib olub. 


Tags:  Açıq Rusiya kuboku bürünc medal


RƏYLƏR


Top news