Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ANS-in daha bir verilişi bağlandı - 1 il 4 ay sonra

ANS-in daha bir verilişi bağlandı - 1 il 4 ay sonra

Date: 11 December 2015 16:59

ANS telekanalının daha bir verilişi yayımını dayandırıb. Lent.az-ın məlumatına görə, telekanalın sosial gündəmi əhatə edən “Xəbərsizsiniz” proqramı bu gündən efirə getməyəcək.

 

Xatırladaq ki, “Xəbərsizsiniz” verilişi aparıcı Murad Əzimzadənin təqdimatında, həftənin cümə günləri saat 14:00-da yayımlanırdı. Proqramın ilk efir günü 2014-ci il sentyabrın 19-u olmuşdu. 1 il 4 ay yayımlanan verilişə nazirlik nümayəndələri, millət vəkilləri də dəvət edilirdi.

 

Qeyd edək ki, ANS telekanalından verilən məlumata görə, “Şoubiz”, “İç Xəbər”, “İtibucaq” və “Düzbucaq” verilişləri də yayımını dayandırıb. 



Tags:  ANS-in verilişi bağlandı il ay sonra

RƏYLƏR


Top news