"Çakır"ın yeni sevgilisi (VİDEO, FOTO)

"Çakır"ın yeni sevgilisi (VİDEO, FOTO)
17:01 11 Dekabr 2015
137 Şou
Ölkə mətbuatı
A- A+

Daha bir serial sevgisi gerçək oldu. İddiaya görə, Türkiyənin məşhur serialı "Eşkıya Dünyaya Hökümdar Olmaz"da ər-arvadı canlandıran Dəniz Çakır və Oktay Kaynarcanın real həyatda da sevgilidirlər.
ANS PRESS-in məlumatına görə, serialda onların ailəsi problemli ailə kimi təqdime dilir.

Tanınmış cütlük ötən gün Oktay Kaynarcanın evinin yaxınlığındaki restoranlardan birində baş-başa görüntüləniblər.

Son zamanlar onlar birlikdə çox zaman keçirirlər. Bu isə paparatzilərin gözündən qaçmır.

"Yarpaq tökümü" serialında canlandırdığı gəlin obrazı ilə məşhurlaşan Dəniz Çakır və "Kurtlar vadisi" ilə ulduzu parlayan O.Kaynarca (Çakır) hətta sosial şəbəkələrdə belə birlikdə çəkilən fotolarını paylaşırlar.


"Eşkıya Dünyaya Hükümdar Olmaz" serialı


Dəniz Çakırın "İnstaqram" səhifəsi

Ümumiyyətlə serial sevgilərinin real həyata keçməsinin şahidi tez-tez oluruq. Türkiyədə çəkiliş meydançasında öz sevgilisini, həyat yoldaşını tapan məşhurların sayı kifayət qədər çoxdur. Məsələn, "türk kinosunun sultanı" adlandırılan Türkan Şoray həyat yoldaşı Cihan Ünalla film çəkilişlərin birində tanış olub.


Türkan Şoray həyat yoldaşı Cihan Ünalla

“Min bir gecə” serialında evli cütlüyü canlandıran Bergüzar Korel və Halit Ergenc də film bitdikdən sonra evləniblər. H.Ergenc rol yoldaşı ilə evlənmək üçün birinci həyat yoldaşından da ayrılıb.


Bergüzar Korel və Halit Ergenç

Tuba Büyüküstün və Onur Saylak “Gönülçelen” serialının çəkilişləri zamanı tanış olublar. Ssenari gərəyi Onur Tubanı sevsə də qarşılıq ala bilmir. Serialdan sonra Parisdə evlənən ikilinin hazırda Topraq və Maya adında əkiz qızları var.


Tuba Büyüküstün və Onur Saylak

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR