Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İqlim dəyişikliyinə dair saziş imzalanmadı (VİDEO)

İqlim dəyişikliyinə dair saziş imzalanmadı (VİDEO)

Date: 11 December 2015 17:06

Fransanın paytaxtı Parisdə bu gün İqlim Dəyişikliyi Sammitində liderlər arasında yeni razılaşma əldə olunacağı gözlənilsə də, bu baş vermədi.

ANS TV-nin məlumatına görə, razılaşmada temperatur həddinin 2 selsi dərəcədən aşağı saxlanılması əsas götürlür. Bununla belə, liderlər temperaturun 1. 5 selsi dərəcəyə qədər endirilməsinə cəhdlər etməli idi. Tərəflər arasında fikir ayrılıqları, 50-ə yaxın məsələdə ziddiyyətin olması konfransın yekununda sazişin imzalanmasına əngəl törətdi. Amma Fransanın Xarici İşlər naziri Loran Fabius yekun protokolun qəbulu ilə bağlı optimist olduqlarını və sazişin sabaha qədər imzalana biləcəyini bəyan edib.

Noyabrın 30-u başlayan İqlim konfransında dünyanın 190 ölkəsindən dövlət və hökumət başçıları iştirak edib. Sazişlə bağlı əsas mübahisə mövzusu isə iqlim dəyişikliyindən daha çox əziyyət çəkən ölkələrə kompensasiya məbləği və ödəniş qaydaları olub. Bu barədə müzakirələrin bütün gecə boyunca davam etdiyi bildirilir.

Əgər Paris konfransından sonra yekun protokol imzalanarsa, bu sənəd 2020-ci ildən etibarən qüvvəyə minəcək və bu günədək qüvvədə olan 1972-ci il Kioto protokolunu əvəz edəcək.


Tags:  İqlim dəyişikliyinə saziş imzalanmadı VİDEO


RƏYLƏR


Top news