Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda icbari sığortanın elektronlaşdırılması təklif olunur

Azərbaycanda icbari sığortanın elektronlaşdırılması təklif olunur

Vətəndaşlar nəqliyyatın icbari sığortasını onlayn şəkildə edəcəklər (07 Mart 2017 11:35)
Azərbaycanın icbari daşınmaz əmlak sığortası bazarı 67% artıb (03 Mart 2017 15:38)
Təcili tibbi yardım xidməti - HAMIYA PULSUZDUR (19 Fevral 2017 23:37)

Tarix: 11 Dekabr 2015 17:06

Azərbaycanın sığorta sistemində nağdsız dövriyyənin həcminin artırılması istiqamətində ciddi addımlar atılır.
 
“İcbari sığortalar haqqında” qanuna ediləcək dəyişiklikdən sonra nağdsız ödənişlər stimullaşdırılacaq. 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin iclasında Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarətinin (DSN) rəisi Namiq Xəlilov məlumat verib.
 
Onun sözlərinə görə, elektron sənəd yolu ilə müqavilənin bağlanılması sığorta şirkətlərinin xərcinin azaldılmasına səbəb ola bilər. Eyni zamanda, bu, sığorta haqlarının azalmasına imkan verəcək.
 
“Ona görə də hesab edirəm ki, sığorta şirkətləri müəyyən güzəştlər tətbiq edə bilərlər. Təkliflərdən biri də ondan ibarətdir ki, sığorta haqları birbaşa sığortaçının bank hesabına yönəldilsin. Bütün bunlar sığorta bazarında nağdsız ödənişlərin həcmini artıracaq və  beləliklə də ödəniş sistemlərinin təkmilləşdirilməsi baş verəcək. Hazırda isə sığorta bazarı, xüsusilə icbari sığortada nağd dövriyyənin payı kifayət qədər yüksəkdir”.
 
 
SEYMUR


Teqlər:  Azərbaycanda icbari sığortanın elektronlaşdırılması təklif olunur



RƏYLƏR


Top xəbərlər