UBM Group şirkəti “Baltika-Bakı” şirkətinin rəsmi tərəfdaşı elan edildi

UBM Group şirkəti “Baltika-Bakı” şirkətinin rəsmi tərəfdaşı elan edildi
17:08 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

UBM Group şirkəti Rusiya pivə istehsalı şirkəti olan “Baltika”nın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığa başladığını məmnuniyyətlə elan edir. Trend-in məlumatına görə, əməkdaşlıq çərçivəsində, UBM Group tərəfdaşı “Baltika-Bakı” şirkətinə piar və kommunikasiyalar, eləcə də tədbirlərin təşkili sahəsində eksklüziv olaraq xidmətlər göstərəcək.

UBM Group (United Bizness Media Group - Birləşmiş Biznes Media Qrupu) – dövlət və özəl sektordan olan yerli və xarici qurumlara, ictimai strukturlara, həmçinin qeyri-kommersiya təşkilatlarına peşəkar səviyyədə xidmət göstərərək bazarda 18 ildən çox təcrübəyə malik özəl şirkətdir.

Şirkətin fəaliyyətinin əsasında innovasiyalar, daimi yeniliklər, risklərin vaxtında təhlili, təqdim edilən xidmətlərin monitorinq və qiymətləndirilməsi dayanır. Bu illər ərzində səmərəli fəaliyyətinə, eləcə də Bakı-2015, Birinci Avropa Oyunlarının təşkili və keçirilməsinə uğurlu töhfəsinə görə, şirkət Azərbaycan dövləti tərəfindən yüksək qiymətə layiq görülüb.

UBM Group 2016-cı ildə “Baltika-Bakı” şirkətinin və onun brendlərinin imicinin təşviqatını gücləndirmək üçün tenderin qalibi olub. UBM Group “Baltika-Bakı” şirkəti ilə əməkdaşlığın səmərəli olacağına ümid edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2468548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR