Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üçüncü qrant müsabiqəsinə təqdim edilən 103 layihə ilkin ekspertizadan keçib

Date: 11 December 2015 17:08


Bakı, 11 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə təqdim edilən 138 layihədən 103-ü ilkin ekspertizadan keçib.
Fonddan AZƏRTAC-a verilən məlumata əsasən, hazırda layihələrin kompleks ekspertizası aparılır. Qaliblər Fondun Müşahidə Şurasının yanvar ayında keçiriləcək növbəti iclasında elan olunacaq.
Təqdim olunan layihələr yeni texnologiyaların inkişafını və onların kommersiyalaşdırılmasını, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılmasını və internet xidmətlərinin genişləndirilməsini ehtiva edir.

Tags:  Üçüncü qrant müsabiqəsinə təqdim edilən 103 layihə ilkin ekspertizadan keçib


RƏYLƏR


Top news