Nur Yerlitaş "İşte benim stilim"dən niyə ayrıldı? - açıqlama

Nur Yerlitaş "İşte benim stilim"dən niyə ayrıldı? - açıqlama
17:11 11 Dekabr 2015
127 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün səhər 3 mövsümdür "İşte Benim Stilim" yarışmasının münsiflər kürsüsündə əyləşən Nur Yerlitaş və Kamal Doğulunun növbəti il proqramdan ayrılacağı xəbəri yayılmışdı.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hər iki münsifin ani bir qərarla istefa verdiyi dəqiqləşib. Yarışmanın aid olduğu "Production House" bununla bağlı açıqlama yayıb:

"İl yarımdır proqramda münsiflik edən hörmətli Nur Yerlitaşla çox gərgin işləyirik. Özü hər zaman insanlığı ilə və moda biliyi ilə proqramımızı çiyninə alaraq uğurunda böyük rol oynayıb. "İşte Benim Stilim All Star"ın dekabrın 25-də olacaq böyük finalından sonra qarşılıqlı razılıq əsasında onu qısa müddətlik tətilə göndəririk. Ancaq istədiyi zaman qapılarımız ona açıqdlr. Qısa ayrılığımız tamamilə dostcasına, qarşılıqlı hörmət və sevgi ilə qərarlaşdırılıb.Eyni şəkildə proqramımıza böyük əməyi keçən hörmətli Kamal Doğulu ilə də bir müddətlik ayrılırıq. Hər ikisinə təşəkkürlərimizi bir borc bilirik və daim ailəmizin fərdi olduqlarını qeyd edirik".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR