MN: Ermənilərin aşıb-daşan fantaziyalarına təəccüb etmərik

MN: Ermənilərin aşıb-daşan fantaziyalarına təəccüb etmərik
17:11 11 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Erməni mətbuatı son günlər cəbhədə vəziyyətin gərginliyini bir qədər də artırmaq məqsədilə Azərbaycan tərəfini gah tankdan, gah da zenit qurğusundan istifadə etməkdə günahlandırmağa cəhd göstərir.

Müdafiə Nazirliyindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, məsələ elə absurd həddə çatıb ki, ermənilər onların mövqeləri istiqamətində tətbiq olunan silah və texnikanın növü, eləcə də atılan mərmi və güllələrin sayı barədə “zərgər dəqiqliyi” ilə xəbər verirlər.

"Bəzən elə təsəvvür yaranır ki, hər zaman bəyan etdikləri kimi “dünyanın ən qədim xalqı” və hər sahədə “ilk” olduqlarını bildirən ermənilər mövqələri istiqamətində atılan güllə və mərmilərin sayını hesablamaq məqsədilə hansısa yeni “ixtira” etdikləri qurğuları bütün cəbhəboyu səngərlərə yerləşdiriblər. Belə çıxır ki, ermənilər nə vaxtsa atəşin konkret kim tərəfdən açıldığı, həmin şəxsin zahiri və daxili portreti, tərcümeyi-halı, yaşadığı ünvanı, hətta bədən ölçüləri barədə xəbər versələr belə onların aşıb-daşan fantaziyalarına heç də təəccüb etmərik".

Nazirlik bütün bunların ermənilərin məsələyə yanaşma tərzinin nə qədər gülünc olduğunu və istehza doğurduğunu bir daha təsdiq etdiyini deyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR