​Azərbaycan baş nazirinin müavini: “Ermənistandakı rejim qeyri-demokratik bir rejimdir”

​Azərbaycan baş nazirinin müavini: “Ermənistandakı rejim qeyri-demokratik bir rejimdir”
17:12 11 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Rumıniyanın energetika nazirinin müavini Azərbaycana gələcək (29 May 2017 12:57)
Azərbaycanda keçmiş nazir müavini dünyasını dəyişdi (23 May 2017 12:23)
Azərbaycanda yeni nazir müavini (15 May 2017 11:44)

Bakı. 11 dekabr. REPORT.AZ/ Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 11-də ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və “İnkişaf Proqramı”nın Rezident nümayəndəsi Antonius Bruku qəbul edib. Bu barədə “Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Baş nazirin müavini Əli Həsənov Antonius Brukun ölkədəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib, dövlət başçısının Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onun Azərbaycanın yüksək medalı olan “Tərəqqi” medalı ilə təltif edildiyi üçün onu təbrik edib, ölkəmiz ilə BMT arasındakı əməkdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib və diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT agentlikləri arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb və bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.
Baş nazirin müavini münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və qeyd edib ki, olkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 1 milyard dollar vəsait sərf olunub. BMT-nin agentlikləri tərəfindən indiyədək Azərbaycanda humanitar və inkişaf layihələrinə 300 milyon dollar həcmində vəsait ayrılıb, ondan 110 milyon dollar BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin xətti ilə, 100 milyon dollar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin xətti ilə və qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilib.
Görüşdə Əli Həsənov bildirib: “Problem yarananda ilk ölkəyə gələn BMT qurumları olub. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər, ölkədə humanitar fəlakət yaranardı. Bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Lakin biz o günləri heç zaman unutmayacağıq”.
Baş nazirin müavini Əli Həsənov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiriciləri ilə görüşlərini minnətdarlıqla xatırladıb və qeyd edib ki, BMT agentlikləri 20 il ərzində olkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olub. Fəaliyyət müddəti ərzində bu təşkilat heç zaman öz nizamnaməsindən kənara çıxmayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmədiyindən, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qətnamələrin yerinə yetirilməməsinə toxunan baş nazirin müavini deyib: “Ermənistanda olan rejim qeyri-demokratik bir rejimdir və bu bütün dünyaya bəllidir. Hazırda Ermənistanda hakimiyyətdə olanlar bu problemin üzərində hakimiyyətə gəliblər. Onlar isə bu problemin həllinə getməyəcəklər. Dünyanın böyük dövlətləri isə bu problemin həll edilməsinə laqeyd yanaşırlar. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Biz isə Sizinlə bu problemin humanitar tərəfləri ilə məşğul oluruq.Ancaq dünyada ədalətsizliklər daim davam edə bilməz”.
BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk Azərbaycanın “Tərəqqi” medalına layiq görülməsini onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Sonda diplomat səmimi qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb və Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da Trampın impiçmenti tələb olunur

30 May 2017 15:42

Bakıda məcburi köçkünlərə ev vermək adı ilə dələduzluq edən qadına hökm oxunub

30 May 2017 15:42

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcək

30 May 2017 15:42

® Azercell Karyera Sərgisində iştirak etdi

30 May 2017 15:39

ABŞ-ın atom bombası atdığı haqda ilk xəbər verən qadın öldü

30 May 2017 15:38

KİV: Erməni politoloq ölkəsinin Gürcüstandakı yeni səfiri təyin olunacaq

30 May 2017 15:37

""Bank Standard" ətrafında baş verənlər ucuz spekulyasiyadır"

30 May 2017 15:37

"Azercell" karyera sərgisində iştirak edib

30 May 2017 15:36

Şamaxıda son antik-erkən orta əsrlər dövrünə aid qəbirlər aşkarlanıb

30 May 2017 15:36

UNEC-də Nobel mükafatı laureatının kitabı tərcümə edilib

30 May 2017 15:36

İraq paytaxtında sutka ərzində üçüncü partlayış olub

30 May 2017 15:36

Trampın yeni HƏDƏFLƏRİ BƏLLİ OLDU: ordu Qafqaza göndərilir, Azərbaycan...

30 May 2017 15:33

“CinemaPlus”da "Respublika Günü" festivalı keçirilib

30 May 2017 15:32

Azərbaycan gömrükçüləri mobil telefonlar və onların aksesuarlarını müsadirə edib

30 May 2017 15:27

Çexiya XİN başçısı "Şərq tərəfdaşlığı" proqramını aktivləşdirməyə çağırıb

30 May 2017 15:27

Dubay polisi bomba zərərsizləşdirən dronu silahlanmaya qəbul edib

30 May 2017 15:27

67 yaşlı kişi arının qurbanı oldu - VİDEO - FOTO

30 May 2017 15:27

Pedofillərin ölkədən çıxışına qadağa qoyuldu

30 May 2017 15:23

Ucuz evlərə görə insanlar "ASAN xidmət"ə axın etdi - FOTO

30 May 2017 15:22

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

30 May 2017 15:22

Saakaşvilinin partiyasını qeydə almadılar

30 May 2017 15:22

Nadir Qafarzadənin şok görüntüləri yayıldı

30 May 2017 15:18

İçkini haram görməyən müftidən QƏRİBƏ FƏTVA

30 May 2017 15:17

MDB dövlət başçılarının sammitinin tarixi açıqlanıb

30 May 2017 15:12

Aprel döyüşlərində qumbaraya tuş gələn Arturun anası: "Tüpürüm Müdafiə Nazirliyinə..."

30 May 2017 15:12

"Zirə" klubu legioneri ilə yeni müqavilə bağlayıb

30 May 2017 15:12

Həmsədrlər regiona səfər edəcəklər

30 May 2017 15:11

Həmsədrlər tezliklə regiona səfər edəcəklər

30 May 2017 15:09

Kadırov homoseksuallığa görə Merkeli və Makronu Qroznıya ÇAĞIRDI

30 May 2017 15:08

"Orucu yalnız varlı müsəlmanlar tutmalıdır" - FƏTVA

30 May 2017 15:04

Körpə doğulan kimi yeriməyə başladı - VİDEO

30 May 2017 15:03

ABŞ-ın 10 bələdiyyəsi Trampın impiçmentini istəyir

30 May 2017 15:01

Etməyin, yataqda sizi öldürə bilər...

30 May 2017 14:59

Yaponiya səfiri: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi narahatlıq keçiririk" - FOTO

30 May 2017 14:57

MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçirilir

30 May 2017 14:55

Xanım müğənnidən "İnstaqram"-da biabırçı FOTOLAR

30 May 2017 14:50

Orucluqda ağız qoxusundan qorunmağın yolları

30 May 2017 14:48

"Hacı pivəsi"nin tərkibində spirt var - XƏBƏRDARLIQ

30 May 2017 14:47

Çempionlar Liqasının oyunları 2021-ci ildən bazar günləri keçirilə bilər

30 May 2017 14:47

"Maşınla gəzdik, içində öpüşdük..." - Xəyanət edən ərindən qisas aldı - VİDEO - FOTO

30 May 2017 14:47

Nazir müavini aksiya keçirən tələbələrlə görüşdü: Sabah qərar veriləcək

30 May 2017 14:44

“Başak İnam Sığorta”nın ləğvetmə planı hazırlanır

30 May 2017 14:42

Yazışmalarımız ötürülə bilərmi? - Yandex qalmaqalı

30 May 2017 14:42

Rektor ilə tələbələr arasında GƏRGİNLİK ARTIR

30 May 2017 14:40

Birinci xanımdan ən gözəl QİSAS ÜSULU - FOTOLAR

30 May 2017 14:38

28 yaşında 4 qitə, 32 ölkə, 90 şəhər gəzdi - FOTOlar

30 May 2017 14:37

FİFA Almeydayla bağlı qərarını verdi - RƏSMİ

30 May 2017 14:37

Ədalətsiz qərarlar çıxaran hakimlər üçün cərimələrin məbləği 10 dəfə artırılır

30 May 2017 14:36

18 nüvəli prosessor təqdim ediləcək

30 May 2017 14:35

Nazir müavini: “Tələbələrin fikirləri nəzərə alınmaqla qərar qəbul ediləcək”

30 May 2017 14:33