Samir Şərifov: Əməkhaqqı, pensiya vaxtlı-vaxtında maliyyələşdiriləcək

Samir Şərifov: Əməkhaqqı, pensiya vaxtlı-vaxtında maliyyələşdiriləcək
17:13 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Fransua Olland nə qədər pensiya alacaq? (11 May 2017 10:43)
Abid Şərifov Bakının yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsindən danışdı (09 May 2017 10:29)
Samir Şərifov Yaponiyaya səfər edəcək (02 May 2017 16:08)

Bakı. Trend:

Dekabrın 11-də Azərbaycan Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov Prezident İlham Əliyev tərəfindən bu günlərdə imzalanmış “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanun və həmin qanunun tətbiqi ilə bağlı qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, 2016-cı ilin dövlət və icmal büdcələri və sonrakı üç il üçün layihələr Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı üçün müəyyən etdiyi strateji xəttə və sosialyönümlü prioritet vəzifələrə uyğun olaraq ölkədaxili və xaricdəki makroiqtisadi mühit və gözlənilən real büdcə gəlirləri nəzərə alınmaqla tərtib edilib.

Kollegiyanın sədri bildirib ki, 2016-cı ilin büdcəsində qlobal iqtisadi proseslərin Azərbaycanın iqtisadi inkişafına da təsirləri, o cümlədən ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım surətinin zəifləməsi, Azərbaycana məxsus “Azəri Layt” markalı neftin orta satış qiymətinin kəskin azalması meylləri nəzərə alınıb.

Azərbaycan Prezidentinin hökumət qarşısında qoyduğu vəzifələrə əsasən, növbəti illərdə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, eyni zamanda iaşə və ticarətdə, habelə inşaat sektorunda tətbiq edilən vergilərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığına əlavə təkan verərək, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrlərini təşkil edir ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır.

Nazir 2016-2019-cü illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda, sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlığını təmin etməklə, onun aparıcı sahələrinin modernləşməsini və şaxalənməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi qeyd edib. Eyni zamanda dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil edilib.

Kollegiyanın sədri Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə, həmçinin sentyabrın 8-də 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr olunmuş iclasında və digər rəsmi tədbirlərdə Prezident İlham Əliyevin dövlət vəsaitlərindən qənaətlə istifadə etməklə maliyyə nizam-intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi, dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorunun, vergi və gömrük yığımları hesabına formalaşdırılması, dövlət idarəetmə sistemində ciddi islahatların aparılması kimi konkret tapşırıqlar verdiyini bildirib. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanun və həmin qanunun tətbiqi ilə bağlı müvafiq fərmanla da qarşıya müvafiq vəzifələr qoyulduğunu xatırladan S.Şərifov həmin tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə bir sıra tədbirlərin görüləcəyini bildirib.

Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, cari ildə müdafiə olunan xərclər üzrə, o cümlədən əməkhaqqı, sosial müavinətlər, pensiya, təqaüd, və digər sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.

Kollegiya iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanun, həmin qanunun tətbiqi ilə bağlı müvafiq fərmanla Maliyyə Nazirliyinə verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədilə görüləcək işlərə dair “Tədbirlər planı”nı təsdiq edilib.

İclasda, həmçinin sığorta qanunvericiliyinə aid olan bəzi normativ hüquqi aktların təkmilləşdirilməsi məsələləri də geniş müzakirə olunub. Qeyd olunub ki, cari ildə Maliyyə Nazirliyinin sığorta sahəsinə dair bir sıra kollegiya qərarları Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Xüsusiylə 2016-cı ilin 1 yanvar tarixindən Azərbaycan Respublikasının qoşulacağı Yaşıl Kart Sistemi çərçivəsində sığortaçıların fəaliyyəti, habelə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsilə bağlı normativ aktlar vacib əhəmiyyət daşıyır. Müzakirələr zamanı bildirilib ki, ölkə başçısının iqtisadiyyatın inkişafı ilə bağlı verdiyi göstərişlər sırasında beynəlxalq yükdaşımalarda Azərbaycanın tranzit ölkə rolunun artırılmasının prioritet məsələ kimi müəyyənləşdirildiyi bir vaxtda Yaşıl Kart Sisteminin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, artıq 2016-cı ilin yanvar ayının 1-dən Yaşıl Kartla Azərbaycana daxil olacaq xarici qeydiyyatlı avtonəqliyyat vasitələrinin gömrük sərhəd məntəqələrindən Azərbaycan Respublikası ərazisinə buraxılması üçün sığorta haqqı ödəyib icbari sığorta müqaviləsi bağlamalarına ehtiyac olmayacaq. Bu, tranzit məqsədilə gələn avtomobillərin yükdaşıma xərclərini bir qədər də azaldacaq.

İclasın yekununda maliyyə naziri S.Şərifov cari ilin sonuna az vaxt qaldığını nəzərə alaraq, maliyyə və xəzinə orqanlarına dövlət büdcəsinin gəlirlərinin icrasının təmin edilməsi, müdafiə olunan və onlara bərabər tutulan digər xərclərin maliyyələşdirilməsinin tam həyata keçirilməsi, bu istiqamətdə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarla əlaqəli işin daha da gücləndirilməsi və beləliklədə 2015-ci ilin uğurla başa çatdırılması üçün konkret tapşırıqlar verib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qızı üçün ağlına gələn hər şeyi edən ATA - FOTOLAR

29 İyun 2017 13:38

"Qəbələ"nin yeni transferi: "Hər şey məndən asılıdırsa..."

29 İyun 2017 13:37

Ticarət mərkəzində QANDONDURAN OLAY: qızı tualetdə... - FOTO

29 İyun 2017 13:33

Günün matçlarını yayımlayacaq kanallar

29 İyun 2017 13:32

Daşkəsəndə kustar üsulla silah hazırlayan 76 yaşlı kişi saxlanılıb

29 İyun 2017 13:32

"Azərkosmos" Formula 1-in peyk yayım təchizatçısı olub

29 İyun 2017 13:32

Siqaret, qəlyan, küçədən keçən xanımlara söz atmaq...

29 İyun 2017 13:29

Natiq Əliyevi kim əvəz edir?

29 İyun 2017 13:27

Azərbaycanda ilk dəfə Beynəlxalq Hədiyyələr sərgisi keçiriləcək

29 İyun 2017 13:27

Dollar ucuzlaşdı

29 İyun 2017 13:27

Azərbaycanlı modelin yaxta gəzintisində FACİƏVİ SONU - MEYİTİ TAPILMIR

29 İyun 2017 13:24

Poroşenko Krım barədə tapşırıq verdi

29 İyun 2017 13:23

"Bərkgedən" avtomobil yola 1250 manatlıq ziyan vurdu - FOTO

29 İyun 2017 13:22

Sərvətini 300 minlik kitabxanasına xərcləyən əfsanəvi dizayner - FOTO

29 İyun 2017 13:18

Proqnozlar Bürosu: Həftə sonu ölkə ərazisində yağış yağacağı gözlənilmir

29 İyun 2017 13:17

Azərbaycan pavilyonu "EKSPO-2017"-də ən çox ziyarətçi qəbul edən beş pavilyondan biridir

29 İyun 2017 13:17

“United Credit Bank” “MilliÖN” Ödəmə Sisteminə qoşulub

29 İyun 2017 13:17

Sabahın HAVAsı

29 İyun 2017 13:17

Yeni Zelandiyada GÜCLÜ ZƏLZƏLƏ

29 İyun 2017 13:17

Beyonse 130 milyon dollara villa alır - FOTO

29 İyun 2017 13:12

“SOCAR Ukraine” qaz satışı üçün lisenziya alıb

29 İyun 2017 13:12

Bakıda makler qadın ev sahibinə cinsi əlaqə təklif etdi - VİDEO

29 İyun 2017 13:12

Sobada badımcan kababının hazırlanması

29 İyun 2017 13:10

Sabah “ilin toyu”du: 260 şəxsi təyyarə, 300 “oxrana”...

29 İyun 2017 13:09

“PwC”: Dünya üzrə ÜDM-in həcmi süni intellektin hesabına 16 trln. dollar artacaq

29 İyun 2017 13:07

"Liverpul" London klubundan futbolçu almaq istəyir

29 İyun 2017 13:05

Qətər Səudiyyənin şərtini qəbul etdi? - Türkiyə "oyundan çıxarılır"

29 İyun 2017 13:05

Arda Turan sevgilisiylə tətildə - FOTO

29 İyun 2017 13:05

Bakı Zooloji Parkında yenidənqurma işləri

29 İyun 2017 13:04

NATO Əfqanıstana əlavə hərbçi göndərəcək

29 İyun 2017 13:02

“Təhsil müəssisələrinin optimallaşdırılması davam etdirilir” - Nazir

29 İyun 2017 12:59

Sabah 35 dərəcə isti olacaq

29 İyun 2017 12:58

Qız üstündə keçmiş məhkumu öldürüb qamışlığa atan şəxs tutuldu

29 İyun 2017 12:57

Tanınmış müğənni sətəlcəmdən öldü

29 İyun 2017 12:57

Mingəçevirdə təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var

29 İyun 2017 12:57

Çili finalda - VİDEO

29 İyun 2017 12:57

“Qəbələ”nin yeni transferi: "Ümid edirəm ki..."

29 İyun 2017 12:57

Sabaha olan

29 İyun 2017 12:54

Koçaryandan Putini qəzəbləndirəcək SÖZLƏR - İrəvan SƏKSƏKƏDƏ

29 İyun 2017 12:53

Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

29 İyun 2017 12:52

Futbolda dördüncü əvəzetmədən istifadə olundu

29 İyun 2017 12:52

Yağış, 35 dərəcə isti - SABAH

29 İyun 2017 12:49

Bakıda silahlı şəxs yaxalandı

29 İyun 2017 12:49

Keçmiş şahzadə sarayda məhkum edildi - QALMAQAL

29 İyun 2017 12:48

"Zirə” klubu “Differdanj” komandası ilə oyunlar üçün daha bir futbolçu sifariş edib

29 İyun 2017 12:47

Mingəçevirin eşitmə və danışma əngəlli qeyri-adi sənətkarı - VİDEO - FOTO

29 İyun 2017 12:47

“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

29 İyun 2017 12:47

Elton Hüseynəliyev xanımı barədə nələr yazdı?

29 İyun 2017 12:44

Yağış yağacaq, şimşək çaxacaq

29 İyun 2017 12:42

Sumqayıtda 23 yaşlı gənci öldürən şəxs tutuldu

29 İyun 2017 12:41