Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Donald Trampın Britaniyaya girişinə qadağa məsələsi parlamentdə müzakirə oluna bilər

Donald Trampın Britaniyaya girişinə qadağa məsələsi parlamentdə müzakirə oluna bilər

Tramp razı qaldı (27 Mart 2017 09:18)
Türklərə növbəti qadağa – VİDEO (24 Mart 2017 18:53)
Stoltenberq Trampla görüşəcək (22 Mart 2017 07:22)

Tarix: 11 Dekabr 2015 17:13


Bakı, 11 dekabr, AZƏRTAC
ABŞ prezidenti postuna Respublika partiyasından namizəd olmağa çalışan Donald Trampın Böyük Britaniyaya girişinə qadağa qoyulması ilə bağlı onlayn petisiya bu ölkə parlamentinin saytında yerləşdirilən oxşar sənədlər arasında rekord sayda imza toplayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 10-u axşam saatlarına qədər bu qadağanın tətbiqinə dəstək üçün verilən səslərin sayı yarım milyona yaxınlaşıb və bundan əvvəl 446 924 səslə Birləşmiş Krallığa daha çox mühacirin qəbul olunması və qaçqınlara daha artıq yardım göstərilməsi üçün toplanan imzaların rekordunu üstələyib.
Donald Trampın təhlükəsizlik səbəbi ilə ABŞ sərhədlərini müsəlmanların üzünə bağlamaq barədə çağırışına etiraz əlaməti olaraq imzaların toplanması dekabrın 8-də başlasa da günorta saatlarına qədər icmalar palatasının müzakirəsinə çıxarılması üçün lazım olan 100 səs toplaya bilmişdi.
Xatırladaq ki, amerikalı milyarderin sözləri Britaniyanın bütün siyasi isteblişmenti tərəfindən qınaqla qarşılanıb. Bunlar arasında ən kəskin reaksiya isə Trampı Şotlandiyanın biznes-səfiri postundan məhrum edən Şotlandiya hökumətinin başçısı Nikola Stercendən gəlib. Bu, Edinburqdakı hökumətlə sıx əməkdaşlıq edən və dəbdəbəli qolf-klub tikdirdiyi Aberdinşir vilayətinə mütəmadi səfərlər edən şotland köklü amerikalı milyarderə ağır zərbədir.

Teqlər:  Donald Trampın Britaniyaya girişinə qadağa məsələsi parlamentdə müzakirə oluna bilər



RƏYLƏR


Top xəbərlər