Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaran hadisələriylə bağlı Cəlilabadda əməliyyat, bir nəfər saxlanıldı

Nardaran hadisələriylə bağlı Cəlilabadda əməliyyat, bir nəfər saxlanıldı

Date: 11 December 2015 17:22

Nardaran hadisələri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar davam edir.

Cəlilabad rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, Nardaran hadisələri ilə bağlı Cəlilabadda keçirilən əməliyyat zamanı rayon sakini Ramin Əliyev saxlanılıb.

R.Əliyev Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilib. R.Əliyev "Müsəlman Birliyi" adlı təşkilata dəstək verməkdə təqsirli bilinərək həbs edilib.

Milli.Az


Tags:  Nardaran hadisələriylə bağlı Cəlilabadda əməliyyat nəfər saxlanıldı


RƏYLƏR


Top news