Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri genişlənir

Date: 11 December 2015 17:23


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin rəisi, dosent Qulam Babayev və həmin idarənin şöbə rəisi Bünyamin Seyidov Fransada səfərdədirlər. AMEA-nın nümayəndələri Parisdə Fransa Elmlər Akademiyasında olub, bu elmi qurumun əməkdaşı xanım Miryam Leruks və xarici əlaqələr üzrə rəsmisi Sezar Manrike Milla ilə görüşüblər.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, hər iki ölkə alimlərinin əlaqələri, aparılan elmi tədqiqat işləri müzakirə olunub. Həmçinin, hər iki akademiyanın fəaliyyətindəki oxşar və fərqli istiqamətlər təhlil edilib, əməkdaşlığın perspektivləri müəyyənləşdirilib.
AMEA ilə əməkdaşlığı yüksək dəyərləndirən Fransa Elmlər Akademiyasının nümayəndələri birgə fəaliyyətin elmin inkişafına böyük töhfə verəcəyinə əminliklərini bildiriblər.
Görüşdə, həmçinin hər iki akademiya arasında əməkdaşlıq barədə sazişin imzalanmasına dair ilkin razılıq əldə edilib.

Tags:  Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri genişlənir


RƏYLƏR


Top news