Bakıda plov festivalı keçirilib - fotolar

Bakıda plov festivalı keçirilib -  fotolar
17:26 11 Dekabr 2015
44 Şou
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Bakıda ikinci beynəlxalq plov festivalı təşkil olunub.

Axşam.az xəbər verir ki, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov festivalın əhəmiyyətindən söz açıb.

Bildirib ki, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun düyüdən hazırlanan xörəklər sərgiyə gələnlərə təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev söyləyib ki, dünyanın hər yerində mətbəx insanların dünyagörüşünün, mənəvi aləminin, psixologiyasının və əxlaqının göstəricisidir. Mədəniyyətlərin paylaşması, insanların dünyagörüşünə öz yüksək təsirini göstərir və qarşılıqlı anlaşma, dinc-yanaşı yaşama prinsiplərini önə çəkir.

Tədbirdə Türkiyə, Özbəkistan, Yaponiya, İndoneziya, Tacikistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Hindistan, Fələstin, İran və s. ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər. (AzərTac)






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR