Nazir: "Əməkhaqqı, pensiya vaxtlı-vaxtında maliyyələşdiriləcək"

Nazir: "Əməkhaqqı, pensiya vaxtlı-vaxtında maliyyələşdiriləcək"
17:27 11 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 11-də Azərbaycan Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov Prezident İlham Əliyev tərəfindən bu günlərdə imzalanmış "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanun və həmin qanunun tətbiqi ilə bağlı qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, 2016-cı ilin dövlət və icmal büdcələri və sonrakı üç il üçün layihələr Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı üçün müəyyən etdiyi strateji xəttə və sosialyönümlü prioritet vəzifələrə uyğun olaraq ölkədaxili və xaricdəki makroiqtisadi mühit və gözlənilən real büdcə gəlirləri nəzərə alınmaqla tərtib edilib.

Kollegiyanın sədri bildirib ki, 2016-cı ilin büdcəsində qlobal iqtisadi proseslərin Azərbaycanın iqtisadi inkişafına da təsirləri, o cümlədən ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım surətinin zəifləməsi, Azərbaycana məxsus "Azəri Layt" markalı neftin orta satış qiymətinin kəskin azalması meylləri nəzərə alınıb.

Azərbaycan Prezidentinin hökumət qarşısında qoyduğu vəzifələrə əsasən, növbəti illərdə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, eyni zamanda iaşə və ticarətdə, habelə inşaat sektorunda tətbiq edilən vergilərin sadələşdirilməsi, bununla da sahibkarlığın fəallığına əlavə təkan verərək, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrlərini təşkil edir ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır.

Nazir 2016-2019-cü illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda, sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlığını təmin etməklə, onun aparıcı sahələrinin modernləşməsini və şaxalənməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi qeyd edib. Eyni zamanda dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil edilib.

Kollegiyanın sədri Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə, həmçinin sentyabrın 8-də 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr olunmuş iclasında və digər rəsmi tədbirlərdə Prezident İlham Əliyevin dövlət vəsaitlərindən qənaətlə istifadə etməklə maliyyə nizam-intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi, dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorunun, vergi və gömrük yığımları hesabına formalaşdırılması, dövlət idarəetmə sistemində ciddi islahatların aparılması kimi konkret tapşırıqlar verdiyini bildirib. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanun və həmin qanunun tətbiqi ilə bağlı müvafiq fərmanla da qarşıya müvafiq vəzifələr qoyulduğunu xatırladan S.Şərifov həmin tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə bir sıra tədbirlərin görüləcəyini bildirib.

Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, cari ildə müdafiə olunan xərclər üzrə, o cümlədən əməkhaqqı, sosial müavinətlər, pensiya, təqaüd, və digər sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.

Kollegiya iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanun, həmin qanunun tətbiqi ilə bağlı müvafiq fərmanla Maliyyə Nazirliyinə verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədilə görüləcək işlərə dair "Tədbirlər planı"nı təsdiq edilib.

İclasda, həmçinin sığorta qanunvericiliyinə aid olan bəzi normativ hüquqi aktların təkmilləşdirilməsi məsələləri də geniş müzakirə olunub. Qeyd olunub ki, cari ildə Maliyyə Nazirliyinin sığorta sahəsinə dair bir sıra kollegiya qərarları Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Xüsusiylə 2016-cı ilin 1 yanvar tarixindən Azərbaycan Respublikasının qoşulacağı Yaşıl Kart Sistemi çərçivəsində sığortaçıların fəaliyyəti, habelə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsilə bağlı normativ aktlar vacib əhəmiyyət daşıyır. Müzakirələr zamanı bildirilib ki, ölkə başçısının iqtisadiyyatın inkişafı ilə bağlı verdiyi göstərişlər sırasında beynəlxalq yükdaşımalarda Azərbaycanın tranzit ölkə rolunun artırılmasının prioritet məsələ kimi müəyyənləşdirildiyi bir vaxtda Yaşıl Kart Sisteminin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, artıq 2016-cı ilin yanvar ayının 1-dən Yaşıl Kartla Azərbaycana daxil olacaq xarici qeydiyyatlı avtonəqliyyat vasitələrinin gömrük sərhəd məntəqələrindən Azərbaycan Respublikası ərazisinə buraxılması üçün sığorta haqqı ödəyib icbari sığorta müqaviləsi bağlamalarına ehtiyac olmayacaq. Bu, tranzit məqsədilə gələn avtomobillərin yükdaşıma xərclərini bir qədər də azaldacaq.

İclasın yekununda maliyyə naziri S.Şərifov cari ilin sonuna az vaxt qaldığını nəzərə alaraq, maliyyə və xəzinə orqanlarına dövlət büdcəsinin gəlirlərinin icrasının təmin edilməsi, müdafiə olunan və onlara bərabər tutulan digər xərclərin maliyyələşdirilməsinin tam həyata keçirilməsi, bu istiqamətdə büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarla əlaqəli işin daha da gücləndirilməsi və beləliklədə 2015-ci ilin uğurla başa çatdırılması üçün konkret tapşırıqlar verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zadə sağdır, necə soruşasan, səni harada basdıraq? – Rafiq Əliyev

20 Avqust 2017 14:03

Tanınmış aktyor həmkarı ilə evləndi

20 Avqust 2017 14:03

“Belə oynasaq, “Qarabağ”ı keçəcəyik” – Nikolay Boylesen

20 Avqust 2017 13:59

İcarəyə götürdüyü DVD diskin içərisindən pul və məktub çıxdı - FOTO

20 Avqust 2017 13:53

Ağcabədidə "Mercedes" yandı

20 Avqust 2017 13:50

Məşhur yazıçı-aktyor dünyasını dəyişdi

20 Avqust 2017 13:43

"Bizim üçün ən böyük təhlükə standart vəziyyətlərdi" - Əfran İsmayılov

20 Avqust 2017 13:37

Türkiyə ordusundan hava zərbələri

20 Avqust 2017 13:37

Sabah hava necə olacaq?

20 Avqust 2017 13:33

Faytonçu Nazimin günahlandırdığı həkim danışdı: "ONA ƏVVƏLDƏN DEMİŞDİK"

20 Avqust 2017 13:24

93 yaşında öldü, 130 arvadı dul qoydu - FOTO

20 Avqust 2017 13:23

Mərhum aktyor Fuad Əhmədovun doğum günüdür

20 Avqust 2017 13:18

Hitler və alman ordusu barədə İNANILMAZ FAKTLAR - FOTO

20 Avqust 2017 13:08

72 il əvvəl vurulmuş gəminin qalıqları tapıldı

20 Avqust 2017 13:05

Dünya ölkələrində avtobusları belə gözləyirlər - FOTO

20 Avqust 2017 12:58

Azərbaycan Prezidenti Şəmkir rayonuna səfərə gəlib

20 Avqust 2017 12:51

Avropanın ən “seksual çimərliklər”inin SİYAHISI

20 Avqust 2017 12:48

Ozancan baxdı, bəs Dəniz?

20 Avqust 2017 12:47

Bərdədə toy karvanının avtomobili 4 nəfəri vuraraq hadisə yerindən qaçıb: ölən və yaralananlar var

20 Avqust 2017 12:42

Tanınmış müğənninin xanımı alt paltarında...

20 Avqust 2017 12:41

"Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq" - Qara Qarayev

20 Avqust 2017 12:38

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

20 Avqust 2017 12:29

Ofis həyatını daha sadə edən 20 İXTİRA - FOTO

20 Avqust 2017 12:28

Banqladeşdə baş nazirə qarşı sui-qəsdə cəhd etmiş 10 nəfər edam edilib

20 Avqust 2017 12:27

"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda

20 Avqust 2017 12:25

"Zirə" Yevlaxda, "Sumqayıt" Qəbələdə imtahan verir - YENİLƏNİR

20 Avqust 2017 12:17

Həftənin ilk gününə olan hava proqnozu

20 Avqust 2017 12:09

Məşhur filmdəki səhnə gerçəkləşdirilib

20 Avqust 2017 11:58

Qurban Qurbanov: “Mahir Mədətova görə narahatam”

20 Avqust 2017 11:53

Türkiyəli aktyor özündən 40 yaş kiçik xanımla evlənir

20 Avqust 2017 11:49

Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub

20 Avqust 2017 11:47

Kamransız "Mlada Boleslav"ı "kötəklədilər"

20 Avqust 2017 11:47

ABŞ-da 27 nəfər saxlanılıb: Söz azadlığına dəstək mitinqində

20 Avqust 2017 11:43

İraqda 2 gəmi toqquşdu

20 Avqust 2017 11:40

Eddi ilk turda nə etdi?

20 Avqust 2017 11:37

Şahdağ Millli Parkında yanğın

20 Avqust 2017 11:30

Bakıda "KamAZ" və ev yanıb

20 Avqust 2017 11:28

Sabaha olan hava proqnozu açıqlanıb

20 Avqust 2017 11:27

Barselonadakı teraktın təşkilatçısı imam olub

20 Avqust 2017 11:18

46 yaşlı kişi içkidən zəhərlənərək öldü

20 Avqust 2017 11:16

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı

20 Avqust 2017 11:14

Baş nazir terrorçulara xəbərdarlıq etdi

20 Avqust 2017 11:10

Yarımtikilidə ölən kişinin şəxsiyyəti müəyyənləşdi

20 Avqust 2017 11:09

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

20 Avqust 2017 11:08

Maestro Niyazinin anadan olmasının 105-ci ildönümüdür

20 Avqust 2017 10:58

Hindistanda güclü daşqınlar

20 Avqust 2017 10:54

Surqutdakı terror aktını Artur Hacıyev həyata keçirib

20 Avqust 2017 10:48

Mingəçevirdə tapılmış kişi meyitinin kimliyi məlum olub

20 Avqust 2017 10:42

Fransada terror həyəcanı

20 Avqust 2017 10:39

Xəzərdə batan 2 nəfər xilas edilib

20 Avqust 2017 10:33