Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yol qəzası zamanı sığorta ödənişini almaq asan olacaq

Azərbaycanda yol qəzası zamanı sığorta ödənişini almaq asan olacaq

Azərbaycanın icbari daşınmaz əmlak sığortası bazarı 67% artıb (03 Mart 2017 15:38)
Azərbaycanda icbarı avtosığorta bazarı 19% azalıb (03 Mart 2017 15:12)
Azərbaycanda sığorta şirkətlərinin investisiya siyasətinə tələblər sərtləşdirilir (24 Fevral 2017 12:27)

Tarix: 11 Dekabr 2015 17:33

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı sığorta hallarının birbaşa tənzimlənməsi tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "İcbari sığortalar haqqında" qanuna müvafiq dəyişikliklər müzakirə edilib.

İclasda çıxış edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib ki, birbaşa tənzimlənmə yalnız avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasını əhatə edir: "Hazırda yol-nəqliyyat hadisələri zamanı zərər görmüş tərəf kompensasiya almaq üçün müştərisinin qəzanın səbəbkarı olduğu sığorta şirkətinə müraciət etməlidir. Biz təklif ediirik ki, qəza zamanı zərər görmüş tərəf öz sığorta şirkətinə ödəniş üçün müraciət edə bilsin".

Onun sözlərinə görə, bu üsulun üstünlüyü ondan ibarətdir ki, sığorta olunan məsuliyyət sığortası zamanı yol qəzasında ödənişin alınması üçün əvvəlcədən kimə müraciət edəcəyini bilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Azərbaycanda yol qəzası zamanı sığorta ödənişini almaq asan olacaq



RƏYLƏR


Top xəbərlər