Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirildi

Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirildi
17:39 11 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Valideynlərə tapşırılıb ki, uşaqları məktəbə özləri gətirib, özləri evə aparsınlar

Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib. APA-nın məlumatına görə, paytaxt məktəblərinin mühafizəsinə silahlı polis əməkdaşları cəlb edilib.

 

Məlumata görə, təhlükəsizlik tədbirləri daha çox Nardarana yaxın kənd və qəsəbə məktəblərində həyata keçirilir. Bütün müəllim və valideynlərə uşaqları nəzarətsiz qoymamaları barədə xəbərdarlıq edilib. Valideynlərə tapşırılıb ki, uşaqları məktəbə özləri gətirib, özləri evə aparsınlar.

 

Hüquq-mühafizə orqanlarından APA-ya orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təsdiqlənib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR