Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Futbol üzrə Topaz Premyer Liqasının XVI turuna start verilib

Futbol üzrə Topaz Premyer Liqasının XVI turuna start verilib

AFFA klubları cəzalandırdı (24 Mart 2017 14:12)
"Kəpəz"dən ardıcıl ikinci qələbə (18 Mart 2017 18:33)
"Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb (13 Mart 2017 17:02)

Tarix: 11 Dekabr 2015 17:43


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də futbol üzrə Topaz Premyer Liqasının XVI turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk qarşılaşmasında Gəncənin “Kəpəz” klubu paytaxtın “Rəvan” komandasını qəbul edib. Gəncə şəhər stadionunda qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılar toxunulmaz qalıb - 0:0.
Dörd turdu qələbəyə həsrət qalan baş məşqçi Şahin Diniyevin yetirmələri uğursuz seriyanı bu matçda da qıra bilməyib. Sonuncu pillədən qurtulmaq arzusunda olan paytaxt təmsilçisi isə məğlubiyyətsizlik seriyasını Gəncədə 5-ə çatdırsa da, autsayderlikdən qurtula bilməyib.
Beləliklə, xallarının sayını 22-ə çatdıran “Kəpəz” hələki turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Rəvan” isə 11 xalla autsayderliyini davam etdirir.

Teqlər:  Futbol üzrə Topaz Premyer Liqasının XVI turuna start verilib



RƏYLƏR


Top xəbərlər